Təhsilin vacibliyini nədə görürəm? (inşa)
Səbinə Məmmədzadə tərəfindən "İnşa" bolməsinə 17:10 30 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Bir xalq yalnız savadlı cəmiyyəti, inkişaf etmiş elmi ilə qürur duya bilər. Yalnız savadlı cəmiyyətlə irəli getmək, uğurlara nail olmaq, ölkəni tanıtmaq mümkündür. Elmin vacibliyini hələ qədim zamanlardan dərk ediblər. Ta qədim zamanlardan elmdə nailiyyətlər əldə etmək üçün çalışıblar. Təbiəti öyrənib, bununla cəmiyyəti məlumatlandırmağa səy göstəriblər.

Qədim zamanlara nisbətən, elmin inkişafı müasir şəraitdə daha asandır. Elmi nailiyyətlər nəticəsində kompüter erasına qədəm qoymuşuq. Azərbaycanda da bu kimi texnoloji yeniliklərin tətbiqi təhsilin inkişafına gətirib çıxarır. Məktəblər yeni texniki avadanlıqlarla təchiz olunur. Bunlar hamısı dövlətin müəyyən etdiyi strategiyaya əsasən həyata keçirilir. Bəs, təhsil niyə dövlət üçün bu qədər əhəmiyyətlidir? Qayıdaq birinci qeyd etdiyim məsələyə...

Dediyim kimi, savadsız cəmiyyət heç kimə lazım deyil. Hazırda da dövlət savadlı kadrların hesabına iqtisadi, hərbi və elm sahəsində irəliləməyi qarşıya məqsəd qoyub. Yalnız savadlı, təhsilli gənclərin hesabına bu sahələrdə uğurlar qazanmaq, beynəlxlaq arenada Azərbaycanı layiqincə təmsil etmək mümkündür.

Son dövrlərdə təhsildə tətbiq olunan yeniliklərin uğurlu fəaliyyət nəticəsində həyata keçirilməsi bu strategiyanın gələcəkdə böyük nəticələr verəcəyini demyə əsas verir. Artıq deyə bilərik ki, müasir elmlə və müasir təhsil sistemi ilə ayaqlaşan Azərbaycan təhsil sistemi dünya təhsilində öz yerini tapmaqdadır. Biz şagirdlər isə yaradılan imkanlardan məharətlə faydalanmalıyıq. Yadda saxlamaq lazımdır ki, bütün bunlar bizim savadlanmağımız üçündür. Biz öz üzərimizdə çalışsaq, yaradılan imkanlardan faydalansaq, savadlı bir kadr kimi yetişsək, deməli, Vətənimiz Azərbaycana da xeyir vermiş olacağıq. Onda, gəlin, hamımız Azərbaycan üçün çalışaq və oxuyaq! Hamımız savadlı olaq!


... dəfə oxunub
Qiymət: 7/10(47 səs)
[qiymət ver ]
Şərh yaz
2+11=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0241 saniye