Titanik kəhanəti!
Səbinə Məmmədzadə tərəfindən "" bolməsinə 15:30 29 mart 2014 tarixində əlavə olunmuşdur

19 aprel 1912-ci ildə batan Titanik gəmisini demək olar ki, hamı tanıyır. Titanik batmamışdan 14 il əvvəl onun haqqında kitab yazılıb. 1898-ci ildə yazılan bu ktabın müəllifi Morgan Robertson-dur.

Aşağıda qeyd etdiklərim kitabdakı hekayə və əsl həyatda baş verənlər arasındakı maraqlı oxşarlıqlardır:

 1.Kitabın adı “Titanın dağıntıları”dır. Bəli, yazıçı kitabdakı gəminin adını Titan qoymuşdu.

2.Titanik gəmisinin heç vaxt batmayacağını deyirdilər. Kitabda Titan üçün də eyni ifadələr var idi.

3.Titan gəmisi İngiltərənin Southampton limanından yola düşərək, ABŞ-a gedirmiş. Titanik də eyni limandan ABŞ-a yola düşmüşdü.

4.Hər ikisində də gəminin bayraq (sağ) tərəfini aysberq parçalamışdı və gəmilərin batdığı kordinantlar da eyni idi.

5.Yazıçının xəyal dünyasına görə Titan, Aprel ayında gecə yarısına doğru aysberqlə toqquşmalı idi. İllər sonra Titanik də 14 aprel təxminən saat 23:40-da aysberqlə toqquşdu.

6.Gəmilərdə lazımi qədər təcili yardım avarlı qayığı olmadığından, xeyli sayda insan ölmüşdü.

7.Hər iki gəmidə də Avropanın varlı ailələri vardı.

8.Gəmilərdə son ana qədər orkestr musiqi çalmağa davam etmişdi.

Kitabın müəllifi Robertson 1915-ci ildə bir otel otağında ölü tapılıb və yaşadığı dövrdə çox da maraq dairəsində olmayıb. Ancaq 1980-ci illərdə faciə ilə bağlı araşdırmalar aparılmağa başlanıldıqda bu oxşarlıq da ortaya çıxıb.


... dəfə oxunub
Qiymət: 9/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
9+27=
Hesaba giriş
Müəllif

Səbinə Məmmədzadə
Haqqında
314 saylı orta məktəbin 9-cu sinif şagirdiyəm. Hərdən nələrsə yazıram. Qardaşımın yazıları mən də bu sahəyə maraq oyadıb. Gələcəkdə kitablarımın nəşr olunmağını arzu edirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0253 saniye