Toxununca -
qələm kağıza
mərhəmət qəlbə
eşq vuslata
bir şey doğular, hiss edilər, görünməz...
Toxununca -
dəniz qayaya
ulduzlar aya
və söz dilə
bir şey doğular, qalıcı, silinməz...
Toxununca -
çiçək torpağa
göz yaşı yanağa
Dil dodağa
bir şey doğular, adı bilinməz...
Aysel Abdullazadə...