Üç nöqtə
Etibar Nasir tərəfindən "Esse" bolməsinə 21:24 18 iyun 2015 tarixində əlavə olunmuşdur

İnsan həyatı üç nöqtədən ibarətdir. Nöqtənin birindən başlayır, birində davam edir və digərində də bitir. Belə bir müdrik kəlam var: "İnsan dünyaya yaşamaq üçün gəlir, yaşamağa hazırlaşmaq üçün deyil". Birinci nöqtə - mən deyərdim ki, valideynlərin arzularından başlayır. Hər bir valideyn ilk öncə övlad arzulayır, övladı dünyaya gəlməmişdən əvvəl xəyallar qurur, dünyaya gələndən sonra onun nazı ilə oynayır, deyə biləcəyi ən xoş sözləri deyir, hətta öz valideyninə demədiyi xoş sözləri deyir. Övlad məktəbə gedəndə sevinir, onun adına qurban kəsir, onunla fəxr edir, onun əlində çanta, məktəbə getdiyini görəndə sevincdən yaşarmış gözlərlə baxır. Övlad məktəbi bitirir, sonra valideyn onu ali məktəbdə oxutdurur və ən ali arzusu - övladı üçün toy edir. Görəsən bir valideyn üçün bunlardan xoşbəxt gün varmı? Əminliklə deyərdim ki, yoxdur. İnsan bu ikinci nöqtəni elə dəyərləndirməlidir ki, həm birinci nöqtənin müqəddəsliyini, təmizliyini, saflığını qorusun və valideynlərinin o pak xəyallarını, arzularını puç etməsin. Həm də üçüncü nöqtəyə müdriklik, alilik gətirsin. Bax, bu da insanın özündən asılıdır. Bu nöqtələrə belə yüksək keyfiyyətlə xidmət edən və onun dəyərini qoruyub saxlayan insanın öz dəyəri də ali və yüksəkdir. Elə məhz bu, mənim belə deməyimə əsas verir ki, insan həyatı necə ki, bu üç nöqtədən ibarətdir, eləcə də insanın dəyəri də bu üç nöqtəyə bağlıdır. İnsan necə ömür yaşayıbsa, onun dəyəri də o cürdür".


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+29=
Hesaba giriş
Müəllif

Etibar Nasir
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0281 saniye