Üç qara nöqtə...
NİKOLAY tərəfindən "Şeir" bolməsinə 16:36 17 noyabr 2014 tarixində əlavə olunmuşdur

Səni gözləmək,

gecənin və gündüzün hər dəqiqəsində

səni,

hər saniyə özləmək,

dərdimin çoxluğundan xəbər verir...

***

dərdimin çoxluğu da

siqaretimin tüstüsündə dumana çevrilir,

göylərə sovrulur...

***

Səmada,

göyün ən üst qatında  dərdimin hər parçası

parça-parça

buludların arasında gizlənir,

hərdən də böyüyə-böyüyə

buludlara bənzəyir...

***

Özlüyümdə hər gün çoxalan səssizliyimin gur səsi

ətrafımdakı insanların nitq ahəngi,

uzaqlardan qulağıma gəlib çatan  musiqilərin ritmi,

hər şey və hər şey

sənin varlığının titrəyişinə bənzəyir... 

 

Son


... dəfə oxunub
Qiymət: 9/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
1+16=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0267 saniye