Üçbucaqlar haqqda.. -
Susqun tərəfindən "Elmi məqalə" bolməsinə 18:27 27 fevral 2015 tarixində əlavə olunmuşdur

Üçbucaqlar haqqda.. - "Dünyanın 3-cü həqiqəti.."

İlk öncə bəşər tarixinə təsir edən bəzi üçbucaqlar haqqda qısa məlumat verək..

1. Bermuda üçbucağı..
2. Misir üçbucaqları.. (piramidalar)
3. Nyuton üçbucağı.. (3G zaman üçbucağı)
4. Daxili bucaqlarıının cəmi 180 dərəcə olmayan üçbucaq..
5. Paskal üçbucağı..
6. "Pink Floyd" üçbucağı.. (Şəkildəki üçbucaq və ya prizma)
7. da Vinçi üçbucağı..
8. Massonların simvolik üçbucağı, ortada "G" hərfi ilə..
9. Sigmund Freudun "TTT" üçbucağı (Tövhid-i Təhətlşüur Tavtologiyası)
10. Turiya üçbucağı..

1. Bermuda üçbucağı.. - Yəqin ki, bu haqqda çoxlu mənbədən çoxlu məlumat oxumusuz, filan vaxtı filan ölkədən filan qədər adam qeybə çəkildi, filan vertolyot yoxa çıxdı və s.. Əgər sizə belə məlumatlar lazımdırsa, Vikipediyadan, Kayzendən və ya başqa xəbər portallarından bu haqqda oxuya bilərsiz, mənsə bizə lazım olan (əsas 3 üçbucaqdan) biri, yəni Bermuda üçbucağının əsas sirrindən danışacam.. Əslində burada qeyri-adi bir şey yoxdur, ən sadə yolla belə izah edim sizə, hazırda bizim gördüyümüz, istifadə etdiyimiz texnologiyalardan deyil, "5D Holoqrafiyadan", "İşınlanma" (atomların köçürülməsi) kimi texnologiyalar vasitəsilə belə bir "müəmmalı" ərazi yaradılıb, bunun kiçik modeli İtaliyada, Sicilya adasında var, hətta kiçik hekayəsi də var ki, (internetdən "Sicilya adasında illər sonra geri qayıdan adam" tipli axtarış edərək oxuya bilərsiz).. Burada istifadə olunan Texnologiyanın gücünə görə, Kaballahda, Talmudda və də Deep-də "üçbucaqlar" haqqda xüsusi bölmədə bu yerin adı çəkilir, hətta deyilənə görə (hansı mənbədən bu fikrin çıxdığını bilmədiyim üçün dəqiq deyə bilmərəm) Bermuda adı bu lahiyyəni fikirləşən insanın adına adlandırılıb..

2. Misir üçbucaqları və ya piramidalar.. - Təbii ki, bəşəriyyətin ən gizli hekayələrindən biri də bu piramidaların o dövrün texnologiyası ilə necə tikilməsi idi.. Oxuduğum məlumatlara əsasən öz fikrimi deyirəm, bunu da çalışıram ki, qısa yoldan izah edim, təsəvvür eliyin ki, oyun oynuyursuz, "Sim Theme Park" kimi bir oyundur, ancaq burada Park yox, elə dünyanı qurursuz, qurduqca qurursuz və level-up eliyirsiz (səviyyə keçmək).. Birdən parkın işçiləri yığılışır üsyan edirlər, bu işçilərin istədiyini etmədiyinizdən "game over" olur, sizsə bu boyda qurduğunuz parkı dağıda bilmirsiz, heyfiniz gəlir, ona görə də, insanları silib yenidən yaradırsız, parka çoxlu su göndərir və parkı su basdırtdırısız, sonra da Nuh adlı birini yaradırsız və su basqını hər şeyi məhv edir, di gəl piramidalar güclü texnologiya ilə tikdiliyindən (ən yüngül daşı 2 ton) su he nə edə bilmir, oyunu yenidən başladırsız, və heç vaxt uduzmursuz, ancaq Nuhdan sonrakı oyundakılar piramidanın necə tikilməsi haqqda məlumat sahibi belə olmurlar, təbii ki, insanların düşüncələrini müxtəlif mövqelərə yaymaq üçün, "dinlərdən", "güclü və dini kitablardan", arada şou olsun deyə "digər yaşam forumlarından", "Bermuda" kimi gizliliklərdən istifadə edirsiz ki, ikinci dəfə "game over" olmasın.. 
Yəni ki, əslində hardasa Nuhun hekayəsi doğrudur (Kaballahda və Talmudda təsdiq olunur, ancaq o adamın Nuh olduğu deyilmir), həm də məntiqi baxımdan fövqal qüvvələrin "əlçatmaz texnologiya" olması daha uyğundur.. Lakin bu bizə lazım olan üçbucaqlardan deyil..

3. Yer kürəsinin digər əksər planetlərdən fərqi ondadır ki, cazibə qüvvəsinin göstəricisi qeyri-adi şəkildədir.. Yəni ki əksər planetlərdən yuxarıdır və bu planetar səviyyədə "qeyri-adi" sayılır.. Zaman maşını haqqda yəqin ki, heç olamsa adını bir dəfə də olsun eşitmişik.. Fizikadan hamımız bilirik ki, "cazibə qüvvəsi"-ni Nyuton kəşf edir.. Nikola Tesla isə günümüzdə işlətdiyimiz elektrikin ixtiraçısıdır..
Nyutonun ən məhşur əsərlərindən biri olan "Natural fəlsəfənin riyazi başlanğıcı" əsəridir.. O öz əsərində gizli bir nöqtəyə toxunur, zamanda səyahət mümkündür, bunu xüsusi enerji vasitəsilə (elektrik) Yer kürəsindən xaricdə dayanan cismdən ötürülən ani şüa ilə və onunla güzgü istiqamətidə olan digər bir cismlə "zaman yerdəyişməsi" edə bilər, ancaq Nyutonun bu məhşur üçbucağı (bir nöqtədə hansısa bir insan, digərində gediləcək nöqtə və üçüncü təpə nöqtəsi isə yer kürəsindən xaricdə generator vəzifəli aparat) və onun zaman səyahəti istəyi yarımçıq qalır, Deep Webdə böyük alimlərin yarımçıq araşdırmaları xüsusi xakerlər və kibernetiklər tərəfindən bir saytda saxlanılır, bunu Buxarestdəki virtual muzeyə də oxşadırlar..
Sadə dillə, Nyuton deyirdi ki, bir insan eyni anda həm keçmişdə həm indidə, həm də gələcəkdə ola bilər, qeydləri yarımçıq qalsa da, Tesla elektriki kəşf edəndə cəmiyyət ümidləndi, Teslanı vaxtında dinləməyən bəşəriyyət (NASA) sonralar bu təcrübəni reallaşdırmaq üçün, Aya getmək bəhanəsilə praktiki olaraq yaşıyır, Eynşteynin də bu praktikada böyük rolu və hesablamaları yer alır, di gəl, sonralar NASA bu barədə hər şeyi gizlədir, hələ də gizli saxlanılır, ta ki, Deepdə bu haqqda yazılana qədər (NASA hack olunana qədər).. İnsanın eyni anda üç zamanda ola bilməsi "Nyutonun 3G zaman üçbucağı" adlandırılır və hələ də əksər mənbələrdə bu haqqda məlumat yoxdur.. Bu isə bizə lazım olan ikinci üçbucaqdır..

4. Daxili bucaqlarıının cəmi 180 dərəcə olmayan üçbucaq.. Bildiyimiz kimi, Həndəsə elmində üçbucaqlar fəsili başlayanda üçbucağa verilən tərfilərdə mütləq və mütləq bu söz öz yerini tapır.. "Daxili bucaqlarıının cəmi 180 dərəcə olan fiqur".. Elmdə hələ ki, fərz olunması belə mümkün olmayan bu üçbucaq haqqda insanlarda məlumat yoxdur, Kaballahda bu üçbucağın 12-lik say sistemilə ifadəsinin mümkün olduğu və 12-ci ölçüdə rahat təsvir olduğu deyilir.. (2D, 3D, 4D, 5D, 12D) Bu isə bizə lazım olmayan üçbucaqlardandır..

5. Paskal üçbucağı.. 19 dənə 1 rəqəminin köməyilə əmələ gələn bu üçbucağ özündə böyük sirrlər daşıyır, 19 cildlik Talmud kitabı bu üçbucağın əslində hər bir "1"-inin bir işarə olduğunu söyləyir, (tam adı çəkilmir, izahlarında verilir), Deepdə isə İnsanın 19-dənə hissi və DNA quruluşunun (bu 19 hissin hissəciklərinin) birlikdə Paskal üçbucağının 12-ci boyutda əmələ gətirdiyi forması ilə eyni olduğu deyilir, hətta şəkli belə var.. (di gəl, baxsaq da anlamayacağıq).. Bu bizə lazım olan 3-cü üçbucaqdır..

6. "Pink Floyd" üçbucağı.. (Şəkildəki üçbucaq və ya prizma).. İnformatika elmində bütün rənglərin sadəcə üç rəngdən əmələ gəldiyi (qırmızı, göy və yaşıl) deyilirdisə, Pin Floydda xüsusi prizmaya düşən ağ işığdan 7 rəngin əmələ gəlməsi göstərilir, bu üçbucağın bir fərqi də ondandır ki, 12-ci boyutda bu üçbucağ insanların gözü ilə (576 meqapiksel) görünə bilməyən rənglərin görüldüyünü deyir (Deep veb, Talmud)..

7. da Vinçi üçbucağı.. Məhşur "da Vinçi yalanı"-nın sözlərdəki yaratdığı üç nöqtə və üç tərəf.. Belə ki, ilk söylənən yalan, yalanı ifşa edən doğru və doğrunu təsdiq edən yalan üçü bir yerdə "da Vinçi üçbucağını" əmələ gətirir.. Bu isə bizə lazım olmayan üçbucaqlardandır..

8. Massonların simvolik üçbucağı, ortada "G" hərfi ilə.. Təsadüfü deyil ki, "qwerty" klaviaturasında da mərkəzdə "G" hərfi yer alır.. Bəziləri "God" (Allah) sözünün baş hərfi kimi izah etsə də əslində bu tamamilə yalandır, ingilis dili, hazırda beynəlmiləl (kainat üzrə) insanların rəsmi dilidir və mərkəz hərfi (simvolu) "G"-dir, üçbucağın içində olmasının izahı isə "Kaballah"-da ətraflı yazılsa da, o bölüm gizli saxlanılır..

9. Sigmund Freudun "TTT" üçbucağı (Tövhid-i Təhətlşüur Tavtologiyası)
İlk öncə sözləri ayrı-ayrı xırdalayaq..
Tövhid - İslamda Allaha inanmaq deməkdir..
Təhtəlşüur - İnsanın özünün xəbəri olmadığı şüurdur, başqa sözlə "şüuraltı"..
Tavtologiya - Məntiq elmində "məntiqsiz təkrarlanma"-nın adıdır, tutaq ki, "Yarpaq niyə yaşıldır?" sualına "yaşıldır, çünki yaşıldır" cavabını versək bu Tavtologiya olacaq, əgər elmi izah versək, artıq məntiq olacaq.. Bu üçbucaq "TTT" adlanır və Freudun şah əsəri hesab olunur, günümüzdə İnternetdə bu barədə demək olar ki, məlumat yoxdur..

10. Turiya üçbucağı.. Şərq dillərindən birindən tərcümədə "Turiya" - "4-cü" deməkdir.. Üç üçbucağın əmələ gətirdiyi 4-cü üçbucağın sadə adı da Turiya üçbucağıdır ki, beynəlmiləl olaraq (kainat üzrə) insanları təmsil edən simvolda (bayraq və ya gerb deyək) bu Turiya üçbucağı təsvir olunur, belə ki, "tərcümədə" İnsanların 19-dan çox hissi olduğu,(Paskal) zaman ölçüsünə sahib olduğu (4D) (Nyuton) və də güclü texnologiyasının olduğu deməkdir.. (Bermuda)..


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+14=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0307 saniye