Ucu iynəli mismar
NİKOLAY tərəfindən "Digər yazılar" bolməsinə 01:37 12 mart 2015 tarixində əlavə olunmuşdur

Allaha çox şükür edirəm ki, jurnalistika ixtisası üzrə təhsilim yoxdur. Bu baxımdan rahatam, başım dincdir. 25 yaşım var, 26 -ya keçid etmişəm, bu yaşımda bircə reallığın şahidi oldum ki, insan istədiyi yerə istəmədiyi yollardan gedib çatır. Özüm sarıdan heç nəyə heyfslənmirəm. Heç ixtisaslı jurnalist kadrların 5-10 manata peşələrini satmalarına da. Bunun mənə dəxli yoxdur. Hər kəs sonucda öz  günahlarına  cavabdeh  olacaq, həmçinin mən də.

***

Əvvəl kimsə məndən  oxumaq üçün kitab istəyəndə kitablarımdan verirdim, amma indi bu yaxşılığı etmirəm. Bilmirəm, niyə. İki – üç ay bundan  öncə  gündəlik  kitab, jurnal, qəzet mütaliə edirdim. Yerli ədəbiyyatdan  yalnız  Hüseyn Cavidin, xarici ədəbiyyatdan  isə  Balzakın, Fafkanın, Dostoyevskinin, Tolstoyun  kitablarını  oxuyurdum.  Daha  bu işlə məşğul olmuram. Çünki  özümü 30 yaşıma saxlayıram. Ya roman, ya da iri həcmli hekayə yazmaq üçün.

***

Bəzən jurnalist qələmindən çıxan məqalələri, kiçik həcmli köşə yazılarını oxuyuram. Oxuduqdan sonra çox sevinirəm ki, ilahi hələki birinci pillədə mənəm. Ümid edirəm ki, belə suni və sönük yazıların  nə vaxtsa  çırağı parlayacaq  və yaxud da sonu  çatacaq. Hər gün  özündən amerika kəşf edən  peyin  təfəkkürlü jurnalistlər  bir gün çıxdıqları komalarına geri qayıtmalıdır. Komalar onları gözləyir çünki. O gün televiziyalar xilas olacaq.

***

Həyatda iki cür insan tipi mövcuddur:  Onlardan  birincisi “heç olan”, ikincisi də “heç belə olmayan” insandır. Belələri ilə birgə yaşamaq çox çətindir.  

***

Allah heç kimin istedadını mütəxəssislərin umuduna, hətta öhdəçiliyinə  verməsin.  Bunu yaşayanlar  bilər. Bu haqda bircə cümlə deyə bilərəm ki, o anda  sanki insan  özlüyündə soyqırım havası yaşayır.

***

Şöhrətpərəstlərdən çox qorxuram. Çünki  onların anası, bacısı olmur  ki, ürəkdolusu  söymək  mümkün  olsun. Belə adamlar “redaktor” rütbəsinə möhtacdırlar. Yaltaqdırlar, şərəfsizdirlər. İşçi kimi hamını aldadır, haamıını...

***

General olmaq istəyən əsgər heç  vaxt vətənə layiqli xidmət edə bilməz. Çünki o əsgər yalnız  general olmaq arzusundadır və bu yolda  hər şeyini satar. Vətənini də, mənəviyyatını da. Odur ki, işçi üçün  “general” olmaq məsləhət deyil.

***

Sonda onu deyim ki, nə az nə çox düz uçurumun  uc hissəsindəyik indi.  Ucu iynəli mismar  bizim bədənimizə batmaq üçün vaxt gözləyir. Amma mənim yenə də həyata və işimə olan sevgim ölməyib. Qarşılıqsız hər zaman əqidəmlə doğru və şərhsiz işləməyə hazıram. Təki can sağlığından əvvəl şərəf olsun.

 

SON 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+6=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0209 saniye