Ulduzlar da Ölür
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:08 30 iyun 2015 tarixində əlavə olunmuşdur

İllər əvvəl
Göydə süzən bir ulduz
Yerdə arzu tutan adamlar görmüşdüm.
Elə sarılmışdılar ki arzulara,ümidlərə
Ulduzlara inanıb öz arzumla öpüşmüşdüm.
Uşaqlıq deyək.
İllər sonra
Göydə süzən bir ulduz
Yerdə arzu tutan adamlar gördüm.
Mənim kimi bir körpə də
Bərk-bərk sıxıb gözlərini
Əllərini də sinəsinə.
Pıçıldıyır öz-özünə:
-Həmişə gülmək istəyirəm.
Bəlkə də körpənin qəlbini qırdım,
Bəlkə də qorudum saf arzusunu.
Böyüklük deyək!
Üstünə yeriyib
İllərin hökm edən pıçıltısıyla:
-“Səma da məzarlıqdır
Ölümü gözləyən ulduzlarıyla.
Və ölülər,gedənlər
Bir də göydə süzənlər eşitmir bizi!”,-dedim…


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+22=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0399 saniye