UNUDULMUŞ DUALAR VƏ AYAQ SƏSLƏRİ
Yaqut Hüseynova tərəfindən "Hekayə" bolməsinə 19:14 18 may 2017 tarixində əlavə olunmuşdur

Pəncərə   önündə  oturub   yollara    baxmağı ,   daha   çox   sevər   onlar .  Yollar
ümidlərinə  dönər ,  təsəlli   edər   gözlərindəki   həsrəti ,  ovudar   qəlblərindəki   nisgili ,  oxşayar   könüllərindəki    çəkilməz   tənhalığı .  Unudulmuş ,  atılmış   ömürləri    yollara   dikilən   gözlərində   dilə   gələr .  Yalnız   bir   ümid    yaşadar   hər   birini .  BİR   GÜN   onları   lazımsız   əşya   tək   qocalar   evinin   dörd   divarına   acımadan  sirdaş   edən   " övladları " ,  " yaxınları "    qayıdacaq   deyə ,  ağuşuna   sığınarlar   yolların !       Haqsız    səbəblərdən , mərhəmət   edilmədən   tərk    edilmiş   valideyn   naləsi   hopub   qocalar   evinin   hər   küncünə ,  hər    daşına ,  hər   divarına .  
Kimsəsizliyin   ağır   yükünü    daşıyırlar    ahıl   çiyinlərində ,  gücləri   tükənsə   
belə .  Titrək ,  qabarlı   əllərinə ,  bəyaz    saçlarına    yansıyan    hüzün   
və   dualar   qucaqlayar   onları   " övladlarının "     yerinə .  Keçdiyi   həyat   
yollarına  birər - birər   xatirələrdə    qayıdar ,  bu   evin  sakinləri . Həmin  
xatirələr    həmdəm   tək   həmsöhbət   olar   onlarla .  Amma   dünyaya    
gətirdikləri ,  həyatı    tanıtdıqları ,  yeriməyi   öyrətdikləri ,  daim   qoruduqları ,  
ən    böyük   günahlarını  bağışladıqları    " övladları " onların  xatırəsini    belə    
nankorcasına   silər   yaddaşından .  Ata - ananı   sağikən    kimsəsizlik    məzarına   
gömər !..   Məhəmməd   Peyğəmbər   ( s.a.s )   buyurub : - " Allahın  razılığı    valideynin   razılığı ,  qəzəbi   valideynin   qəzəbi    ilədir . "  Hədislərin   birində    deyilir   ki ,  
ata - ananın   övladın   üzərində   hansı   hüquqa    malik    olduğu   haqda   
soruşduqda   Rəsuli   Əkrəm  ( s )   belə   söyləyir : - " Onlar    sənin   həm   
cənnətin ,  həm   də   cəhənnəmindirlər . "    Valideynə   qoyulan    hörmət ,  
göstərilən    qayğı ,  bəslənən   sevgi   TANRI   dərgahında   ən    uca   məqamdı .  
Təəssüf   ki ,  bu   haqqı   tapdayan   nankorlar  da  var !    Həyat   çox   qəribədir ,  çox   amansızdı .  Təzadları   çəkilməzdi !  Elə   evlər   
var  ki ,  ananın  isti    nəfəsinə ,  atanın   ayaq   səsinə   həsrət   qalıb ,  elə   qapılar
da    var  ki ,  valideyn  əli    döydüyü    üçün   narahat   olur !!!  HƏYAT   bumu ,  bumu   İNSANLIQ !!!  Elə   yaşayaq  ki , vicdan   məhkəməmiz  UNUDULMUŞ  
DUALARDA   VƏ   AYAQ   SƏSLƏRİNDƏ   QURULMASIN !!!                                      Ana   duasını ,  ata   nəfəsin .                      Qocalar    evinə    sakin   etməyin !                      Onların    müqəddəs   ayaq    səsini ,                      Qocalar    evinə    sakin    etməyin !                                          YAQUT     HÜSEYNOVA   


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+23=
Hesaba giriş
Müəllif

Yaqut Hüseynova
Haqqında
Jurnalist...Yazar...Blogger
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.021 saniye