Ürəyimdəsən...
Cevahirat Dinavasova tərəfindən "Şeir" bolməsinə 21:47 07 dekabr 2014 tarixində əlavə olunmuşdur

Varlığın belə dünyada

Bir hədiyyədir əzizim

Nə fərq edər həyatımda

Varsan ya da yoxsan mənim

 

İllər silə bilməz izin

Həkk olunmuş ürəyimə

Sənin adın,sənin səsin

Eşidirəm mən hər yerdə

 

Gözüm gözünü axtarır

Ürəyimi heç demirəm

Bəzən ayrılıq acıtır 

Yenə də bezdim demirəm

 

Qəlbim səni arzulayır

Dolaşıram küçələrdə

Sənsizliklə qarşılayır 

Məni həmin küçələr də

 

Hərdən düşünürəm bəlkə

Çox çox uzaqlara getsəm

Həkk olunmusan ürəyə

Nə fərq edər hara getsəm...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+30=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0391 saniye