Uşaq qatili
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 23:45 06 yanvar 2016 tarixində əlavə olunmuşdur

Uşaqlıqdan həkim olmaq arzusundaydım. Ağ xalat o zaman mənim üçün paklık rəmi idi. İllər ötdü.

Amma indi əlimdə başqa sənətim olsa, günü bu gün xalatı soyunub ataram.

Əvvəllər hər şey tamamilə fərqli idi. Soyuqqanlı idim. Düşünmədən abort edirdim. Anaları stola çıxardıb, əlim əsmədən cana qıyırdım. Bilə-bilə. Sanki qəssab idim, ət doğrayırdım. Bir insanı yox edirdim. Bu, mənim üçün adiləşmişdi.

Məni günahlandırmayın. Günah analardadır, mən öz işimi görürəm. Cəmiyyətin iyrənc qanunlarına görə ana öz övladını öldürmək istəyir. O gün biri gəlmişdi. Yoldaşı deyirdi ki, əgər qızdırsa, evə qayıtma. Qızı götürtdürdü. Evdəkilərdən xəbərsiz hamilə qalanlar da olurdu. Yalvarırdı ki, uşağı götürün, başımı kəsərlər. Əslində bir tərəfdən özümü xilaskar sayırdım. Məsum canı almaqla ailəni xilas edirdim.

Neçə-neçə diplomlar, sertifikatlar, mükafatlar almışam. Bütün klinikalar “ən yaxşı ginekoloq” kimi məni axtarırdılar. İşimin peşəkarıyam. “Uşaq qatili”yəm.

Amma artıq iyrənirəm. Özümdən, işimdən, xalatımdam...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+27=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0246 saniye