Uşaq Saflığı Olanlara
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 08:20 30 iyun 2015 tarixində əlavə olunmuşdur

Göz yaşını gizlətməyi bacarmayan adamları
Gülüşünü hədiyyə tək bağışlayan qadınları
Qucaqlayın.
Sevilməyə layiq olan adamlar tapıb
Darıxan qadınlara qaçın.
Üzlərinə sevgi səpib
Günəşlərdən zərrə saçın.
Aldada bilməyib aldananları
Və uşaq saflığının rütbəsindən
Qaçmayanları qucaqlayın.
Bir də qadın xəyanətinə ağlayan kişi
Və kişi xəyanətindən solan qadın
Əbləh deyil.
Onlar uşaq saflığının rütbəsində olanlardı.
Aldanmaq saflıqdır.
Saflıq da ki uşaqlıq.
Bir də qadın ya kişi yalanına qırılmaq nədir ki?!
Biz əslində səmadakı işartıların ulduz yox
İşıq olduğunu öyrənəndə qırılmışdıq.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
3+22=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0231 saniye