Üzü sabaha
Şəfiqə Şəfa tərəfindən "Şeir" bolməsinə 14:13 26 fevral 2018 tarixində əlavə olunmuşdur

Bu gecə nə uzun çəkdi?
Dirənib üzü sabaha,
Saatlar ilişib qalıb
Boylanır gözü sabaha.

Qara donlu buludları
Kaş əlimlə itələsəm,
İçim təşnə günəş üçün 
Təsliməm yezid sabaha.

Öz-özümlə meydandayam
Bitmir xatirə savaşı,
Hər dəfə bu cür əzabla
Çəkirəm sözü sabaha.

Ürəyimdə at oynadan
Bu şeytandan qurtar Allah!
Əlim dərgahına doğru
Demişəm nəzir sabaha...


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+12=
Hesaba giriş
Müəllif

Şəfiqə Şəfa
Haqqında
Şairə, yazar, publisist, tərcüməçi.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0382 saniye