vaqonda boş yer...
Rehime Resid tərəfindən "Digər yazılar" bolməsinə 18:50 17 may 2014 tarixində əlavə olunmuşdur

Bakı metropoliteni.. Nizami metrosu.. Hər kəs tələsərək metrodan çıxır. Yaşlılardan başqa ,deyesen onlar artıq tələsməyin anlamının olmadığını görürler... Nə qədər tələssəndə zaman istədiyi kimi axır...
Hamsının üzünə diqqətlə baxdım,heç birində səmimi təbəssüm yox idi.. İnsanlar gülümsəmir...
Vaqona mindim.boş bir yer var idi. Normal vaxtlar yer üstündə az qala dava edəcək millətimiz nədənsə o yerde əyləşmirdi.niyə? Həmin yerin yanında bir dilənçi bi evsiz oturmuşdu. Eynindeki paltar o qeder köhneydiki..  Əlində bir torba vardı, birdə dərisi soyulmuş çanta. Heçkəs orda oturmaq istəmirdi. Ətrafdakı insanların baxışlarına nəzər saldım Gözlərində mərhəmət hissindən çox qorxu hissi vardı. Hə qorxu.. Yanında otursalar paltarlarının bulaşmasndan, yada hansısa xəstəliyə yoluxacaqlarndan qorxurdular. Qadının gözləri yumuluydu büzüşüb oturmuşdu. Əminəm ki, yatmamışdı,insanların baxışlarından utanıb gözlərni yummuşdu,bəlkədə utanmırdı sadəcə onlara nifrət edirdi. Özü sussada üzündəki hər qırış,pıçıltıyla nəsə danşırdı. Bakının soyuq küləyindən, vaqonda isti sığınacaq tapmış qoca... Bizim ondan fərqimiz nədədi? Bizim evimiz var onun yox. Bizim gözəl paltarmız var onun yox, bizim qarnımız tox onun yox... Niyə belədi ? Mənə maraqlı deyil o yaxşı insandı ya pis. Hər şeydən öncə onla ortaq cəhətimiz var , insanıq.


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+6=
Hesaba giriş
Müəllif

Rehime Resid
Haqqında
        yazmak konuşmaktan daha iyidir,düşünecek fırsatın oluyor.insan içindeki boşlukları yazar,kimsenin doldurmadığı,belki de hiç bir zaman dolduramsyacağı....
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0297 saniye