Var
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 10:14 22 noyabr 2015 tarixində əlavə olunmuşdur

Ürəkdə hər bir sözün öz yeri, ünvanı var,

Doğru sözün alqışı, əyri sözün qanı var.

 

Kim deyir ki, yox canı,  bir quruca sözdü söz?

Sözün şair dilində nəfəsi var, canı var.

 

Söz ilə aşkar edim aləmə öz eşqimi,

Eşqə düşən aşiqin dərdinin dərmanı var.

 

Meydan edə bilmərəm qəlbimi hər canana,

Əsil doğru aşiqin təkcə bir cananı var.

 

Hər qəlbdə var O canan, onsuz hədər ömrümüz,

Salamlar olsun Ona, gör neçə heyranı var.

 

Çoxdu qəzəl ustadı Nizamilərdən bəri,

Dünən Vahidi olmuş, bu gün də Ümmanı var.


... dəfə oxunub
Qiymət: 9/10(928 səs)
[qiymət ver ]
Şərh yaz
4+34=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0266 saniye