...Vergüllə nöqtəni sevgili zənn edərdim
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 01:15 30 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Sonra deyirsən ki,
niyə bu qədər çox siqaret çəkirsən?
Çəkirəm də beləcə...
Mən yazmağı elə də bilmirəm, dünya gözəli
sadəcə gecələr işığı qovarkən
gəlir ağlıma bir neçə kəlimə.
Dan yeri ağarır, mən hələ də oturduğum yerdə
sayıqlayaram baş hərfini,
Bəzən, nəm tutar kirpiklərim
rəqs edər damlalarla,
bir türkünün melodiyası kimi təmizlənər göz bəbəklərim...

Qəribə gəlir, axşamlara qədər səni gözlədiyim günlər,
Sən məktəbdə "gələcəyini" gözləyərkən,
mən çöldə həbsi gözləmişəm,
buludlarla başbaşaykən...

Çox düşündüm o vaxtları.
Saçlarının çiyninə əlbisə olduğu zamanlar idi
İnadla topladığın halda,
çox da gözəl görünərdin gözlərimə.

Elə idi,
Türkü kimi idi saçların
Türkü kimi idi gözlərin...

Sən baxmağa doymazdın, mən türkülərimi söyləyərkən,
hər yazdığımı sənə dinlədərdim.
Bilməzdim mən, harda nə qoyulacaq...
Vergüllə nöqtəni sevgili zənn edərdim,
biri itərsə, digəri yox olacaq...

Mən yazıb hüznlənərkən
Sən, "ayır bu kəlimələri" deyərdin.
Ehh, imlanın sırasıdır mı deyərkən
Sən cızma-qara edərdin...

İndilərdə daha çox qaralayar oldum
səhvlərim gəldikcə ağlıma.
Sonra deyərsən ki,
niyə bu qədər çox siqaret çəkirsən?
Çəkirəm də beləcə...

Çünki küfr sevməzdim mən,
amma atam öyrətdi söyməyi.
O da sevməzdi, zatən,
xeyrisiz olmasaydı övladı...

Yoruldum, dünya gözəli
yoruldum, bahar səhərim,
Yoruldum, hər şeyə əsəbiləşdikcə
atamı xatırlayacağam...
Amma söz verirəm,
verdiyim sözləri lüğətə baxıb yazacağam.
Mən yazmağı elə də bilmirəm, dünya gözəli,
zatən yazsam da, anlamazsan,
canım sıxıldıqca cızma-qara edərəm
onda da oturub iki damla göz yaşı axıdarsan...

Sonra deyirsən ki,
niyə bu qədər çox siqaret çəkirsən?
Çəkirəm də beləcə...

Müəllif: Koray Avcı
Çevirdi: Aysel Abdullazadə


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+33=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.029 saniye