Vicdanı cücərməmiş valideynlər
Günel Ağayeva tərəfindən "Esse" bolməsinə 13:20 16 aprel 2017 tarixində əlavə olunmuşdur

Yenə göy üzü dolub.Ağlayır,guruldayır,damcı-damcı yağış  damlaları yerə enir.Zülmət çökür ətrafa yenə həsrət dolu körpə  baxışlar yollara zillənib. Kimisi sevgi,kimisidə mərhəmət gözləyir  taleyin amansız oyunlarından.     Bəlkə yağan bu yağış ümidlə  sabahı gözləyən körpələrin göz  yaşlarıdı? İnsanlar müxtəlif,talelər müxtəlif olur.Lakin acı həyat hekayələri  eyni başlayır. Dünyaya gələrkən heç birimiz valideyn seçmək ixtiyarında  deyilik.Valideynlər bizə Allah-təala  tərəfindən verilən  hədiyyədi.Və bizlər heç bir zaman hədiyyəyə görə sorğu sual  etmirik. Bəzəndə valideynlərə görə həyat bizi sınaqlara atar. O sınaqlar ki, həyatın ən gözəl addımlarını uşaq evlərində atmalı  olarıq. Bu balaca fidanlar həyatın heç bir ağrı-əzablarından  siğortanlanmayıb,heç valideynlərinin kimlər olduğunu bilmədən  həyata tutunmağa çalışırlar. Körpə talelərinə yağan yağışlar azacıq olsada fərah gətirmək  üçünmü yağır? Düşünmə bunu bacarar… Çünki acı,tənhalıq, ağrı-əzabla başlanan bir həyat üçün yağış  sadəcə yanaqlardan axan göz yaşlardan başqa heçnədi. Həsrət deyilən o kəlmə var ha, bax bu kəlmənin nə qədər əzab  verəcəyini nə sən bilərsən, nədə ki,mən. Yalnız gecələr pəncərənin  şüşəsini nəfəsləri ilə isidən və oradan “ana” kəlməsini  barmaqlarının ucuyla yazan, hər gecə tənha yatağına uzanan  bəlkə anam gəlib başımı tumarlayar onun qoxusunu doya-doya  ciyərimə çəkərəm, onun səsi ilə səhərimi açaram deyə düşünən  kimsəsiz körpə fidanlar bilər. Qəribəsidə odurki, taleyin kor  ümidinə tərk edilən fidanlara kimi görmək istəyərsən sualına  hamılıqla birgə anamı demələri olmasıdır. Məsum ,saf körpə  qəlbləri hər şeyi bağışlamağa hazırdı. Təki taleyin amansız  umidinə atılan körpələri öz ocaqlarına aparsınlar. Heç bir  ocaq,yuva valideyn nəfəsi qədər isti olmur.  Taleyin qaranlıq yollarına gizlənmiş körpələrin fəryadını  valideynlər duyurlarmı? Fidanlara lazım olan doğmalıq sevgisini onlara yalnız  valideynləri bəxş edə bilər.  Düşünmürəm ki, hər hansı bir körpə  öz valideynlərindən imtina etsin, və ya onları qaranlıq talelərdə  gizlənməyə məcbur etsinlər. Tək başına taleyin qaranlıq günlərini doğulacaq olan hamilə  sabahlara ümid bağlayan məsum körpələr, bir gün valideynləri ilə  görüşüb nəyə görə onları taleyin ümidinə atdıqlarını bilmək  istəyərlər Görəsən o zaman, özlərinə necə bəraət qazandıracaqlar?  VİCDANI CÜCƏRMƏMİŞ vALİDEYNLƏR   Günel Ağayeva 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+3=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0284 saniye