Vinsent Van Qoqun "Ulduzlu gecə" (De sterrennacht) rəsm əsəri
Rafiq Əsədov tərəfindən "Digər yazılar" bolməsinə 17:37 09 dekabr 2014 tarixində əlavə olunmuşdur

Rəssam tərəfindən 1889-cu ildə cəkimişdir. 1941-ci ildən Nyu-York Müasir incəsənət muzeyində saxlanılır.

Bu rəsm əsəri dahi və birtərəfli qəbul olunmayan fırça ustasının ulduzlu səmanı cəkməyə ik cəhdi deyil beləki 1888-ci ildə o "Rono üzərində uıduzlu geçə" rəsmini çəkmişdir.

Van Qoq real dünyaya baxdığımız zaman gördüyümüz bir ulduzlu geçə yox təxəyyülün gücü ilə insanın yarada biləcəyi reallıqdan daha ecazkar bir ulduzlu səma yaratmaq istıyirdi. 

Məktublarında birində o gələcək rəsm əsərini beleə təsvir edirdi "yetişmiş buğda zəmisi üzərində sərvli bir ulduzlu geçə"

Van Qoq yaradıçılığında hər şeyi necə var olduğu kimi həqiqəti çəkməyi öz yaradıçılığının əsas motivi elan etməsinə baxmayaraq bu əsərdə özünə qarşı çıxaraq reallığı naturadan istifadə etməyərək çəkmişdir. Rəsm əsəri yarandığı gündən bu yana Astronomlar səmada bu rəsmdə hansı bürçen coğrafiyacılar isə şəkil aşağısındaki yaşayış məntəqəsinin hansı olduğunu araşdırırlar.

Bioqraflar iddia edirlərki Van Qoq bu rəsmi San-remidə müalicə olunarkən çəkib.

ilk baxışda elə görünürki rəsm əsəri bir nəfəsə tez tələsik çəkilib amma bu belə deyil rəssam rəsmi çox böyük dəqiqliklə çəkib.

Ulduzlar - qəsdən böyüdülüb, nəhəngdilər,kainatın sonsuz dərinliklərində fırlanan hissi yardan parıldayan ışıq oreolu ilə əhatələniblər.

Aypara - rəsmin sağ yuxarı küncünsə yer tutaraq o qədər işıq sacır ki sanki günəşı xatırladır.

Sərvlər - rəsmin sol küncündə alov dilimləri kimi səmaya doğru uzanırlar amma qara rəng onlara yük verir və yerə bağlayır və bunun sayəsində səma cisimlərinin hərəkəti rəsmi tam yükləmir.

İşığın spiral vari hərəkəti qalaktikanın formasın müəyyənləşdirir.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+5=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0313 saniye