Virtualda Azərbaycan dilinin ölməsi
Cast tərəfindən "Ədəbi tənqid" bolməsinə 19:03 17 iyun 2015 tarixində əlavə olunmuşdur

Mütləq belə birşey ilə qarşılaşmısınız. Bu hadisə əsasəndə Ş hərfi yerinə double v (W)işlədilməsidir. Hə gələk məsələmizə. Başa düşəbilmirəm bir pc yə Latın Azərbaycan klavyaturası əlavə eləmək nə qədər çətin olabilər?

Bəs bizim Ş hərfimizin yerinə bu wasd klavyaturasının işlədilməsinin səbəbi nədir? Tez ondanda balaca bir danışım rus həriflərində Ş hərfini əvəz eliyən "Ш" hərfini bilirsiz. Bizim manqurtlarda bu hərfə ən çox oxşayan hərf olan ingilis klavyaturasının "W" hərfini işlədir. İndi sizə bir sualım olacaq. Biz rusca danışırıq? Lap tutağ ki rusca danışırığ axı "W", "Ш" hərfləri bərabər deyil! Niyə işlədirsiz?! Bidənə Azərbaycan klavyaturası yükləmək bu qədər çətindi? Mənə biri bu hərfləri işlədəndə başa düşmürəm cavabını verirəm. Hələ bəziləri var məndən soruşur ki "niyə Azərbaycan klavyaturası işlədirsən" ıhh. Artıq bu herflərin işlədilməsi məni yordu. Hər dəfə belə birini görəndə tez deyirəmki adam kimi klavyatura yükləsin yada ən simple olaraq Ş yerinə S hərfini yada SH birləşməsini işlədsin. Belə başqa dilə marağlısızsa "Sh" birləşməsi ingilis dilində "Ş" olaraq oxunur. Heç olmasa onu işlədin. Əslində heç var olmayan bir hərfi işlədməyin artıq! Ondansa gedin kiril klavyaturası yükləyin elə yazın. Bura Azərbaycandır! Rus həriflərində belə "W"hərfi işlənmir, "Ш" işlənir. Əgər hansısa bir əlifbada Whərfi Ş olaraq işlənsəydi başa düşəbilərdim. Dilimizi öldürməyi kəsin!


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+36=
Hesaba giriş
Müəllif

Cast
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0314 saniye