Xoşbəxt Yetimlər Kimi
Amin Mehdi tərəfindən "Şeir" bolməsinə 00:20 24 iyul 2015 tarixində əlavə olunmuşdur

Tək olmaq ən böyük faciə deyil.
Hələ bunun tək ölməyi var.
Mühitə yadlaşmaq bədbəxtlik deyil.
Hələ bunun doğmalara 
Yad qalmağı var.
Kasıblıq cibinin deşik olması
Ya da dayaz olması deyil.
Hələ bunun 
Xoşbəxtlikdən yoxsulluğu var.
Bədbinlik içkilər,tütünlər deyil.
Hələ bunun
Təbəssüm qarışıq göz yaşları var.
Nəsə
Həmişə küçənin bir kənarında
Bizi gözləyən yaşantının
Ən ağrılı olanı var.
Bir gün küçədən keçdiyin zaman
Gəlib səndən yapışar
Və səni daha çox ağrıya 
Hazırlaşdırar.
Ya dəyişməlisən yolunu
Ya da getməməlisən həmin küçədən.
Fəqət bəzən
Elə xatirə vardır ki həmin küçədə.
Ən ağrılı olana boyun əyərək
Hər şeydən dünyada 
Yarım keçərsən.
Xoşbəxt yetimlər kimi


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+5=
Hesaba giriş
Müəllif

Amin Mehdi
Haqqında
Qafqaz Universiteti (tərcümə)
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0258 saniye