Xoşbəxtlik haqqında maraqsız hekayə
Peykər İbrahimova tərəfindən "Hekayə" bolməsinə 13:56 01 aprel 2014 tarixində əlavə olunmuşdur

“Və sonda onlar çay kənarındakı böyük,xoşbəxtlik saçan evlərində sonsuza qədər xoxşbəxt yaşadılar.”
Bu cümlə ilə hekayəmi tamamladım.Sonda niyə sonsuza qədər yazdım bilmirəm.Yəqin oxuduğum kitabların ,hekayələrin sonunda bu cür görmüşdüm deyə təhtəlşüuruma  onların sonsuzadək xoşbəxt yaşamaları fikri yerləşmişdi Bu, səbəblərdən yalnız biridir.Digər səbəbim elə mən özüm xoşbəxtliyin əbədi olmasını istəyirdim.
Hekayəni bir kənara qoysaq,mənim fikrimcə xoşbəxtlik ya da bu qəbildən olub ,ona əkslik təşkil edənlər də bir an  içində mövcud olurlar.Biz onları yaşayırıq və bir müddət sonra onlar çıxıb gedirlər.Ancaq  xoşbəxtlik o əbədi olsaydı...
Xoşbəxtlik onu başqasının da yaşaması üçün çıxıb gedir.Əgər biz onun qədrini bilmişiksə,hörmət izzətini saxlamışıqsa, nə vaxtsa yenidən qonaq gələnə qədər rahatçılığı öz yerinə qoyub gedir.Onun geriyə  qayıtma  vaxtını bizim münasibətimiz müəyyənləşdirir.Bunlar mənim subyektiv fikirlərimdir

Hekayədən danışırdım və xoşbəxtlik mövzusuna gəlib çıxdım.Həmişə hekayələrimi nəşr edən jurnal və qəzetlər məndən  fərqli mövzular və hekayələr gözləyirdi.Hərdən mənə də qəribə gəlirdi yazdıqlarımın  bu qədər insanın diqqətini çəkməsi.Elə buna görə də məşhur jurnal və qəzetlərin yazdıqlarıma görə mənə kalan pul ödəmələrinə hələ də öyrəşə bilməmişəm.

Yeni hekayəmi təhvil vermək üçün mənə bir həftə vaxt vermişdilər.Ancaq elə ilk gündən ağlıma bu dəfə adi bir mövzu haqqında yazmaq fikri gəldi.Hə,adi ! Biz insanlar adiliklərə  qeyri-adi donu geyindriməyə başlayanda,həyatı qəlizləşdirməkdən başqa heç nə etmirik.Həm də bu mövzu çoxdan adiləşib ki.Xoşbəxtlik haqqında yazmağa qərar vermişdim.

Hekayəmdə Xoşabad adlı xəyali bir şəhərdəki xoşbəxt insanlardan bəhs edilirdi.Şəhər sakinləri  heç vaxt yaşadıqları yeri tərk etməyən dünyanı və dünyalarını bu kiçik şəhərə sığışdıran,üzlərindən gülümsəmə əskik olmayan xoşbəxt insanlardan ibarət idi.

Günlərin bir günündə bu şəhərə qoca bir kişi və onun yaralı iti gəlir.Kişi harda, hansı məkanda olduğunu bilmirdi.İti meşədə onu canavardan xilas etdiyi vaxt yaralandığı üçün heyvana kömək edəsi birisini axtara-axtara  özü də bilmədən buraya gəlib çıxır.Əlbəttə, şəhərdə heç kəs kişinin yaralı heyvana görə əzab çəkməsini başa düşmür.

Çünki bu şəhərdə insanlar xoşbəxtlikdən başqa heç bir hiss bilmirlər.Şəhər həkimləri onun itini sağaltmağa çalışsalar  da, cəhdləri neticəsiz qalır.Kişi isə daha çox əzab çəkir.

Şəhər əhlinin ölümə necə baxmaları məsələsinə nə yazacağım barədə bir xeyli düşünmüşdüm.Belə qərara geldim ki,"onlar ölümə daha xoşbəxt bir məkana aparacaq vasitə kimi baxsınlar.Bu səbəbdən də  kədərlənməsiinlər.Sonda  şəhər sakinləri çarəni kişini itinin ölüsü ilə birlikdə şəhərdən qovmaqda tapırlar.Əvvəldə yazdığım sonluğu da əlavə edib hekayəni jurnala göndərdim.Lakin səhəri jurnaldan mənə gələn cavabı heç gözləmirdim.Belə bir cavab yazılmışdı:

"Bu günə qədər xoşbəxtlik haqqında yazılmış ən maraqsız hekayə olaraq tarixin qaranlıq səhifələrində hekayənizin öz yerini tutacağına olan əminliyimizi bildirməkdən şad olarıq.Sizin isə, jurnalda nəşr edə biləcəyimiz bir hekayə göndərmək üçün beş gün vaxtınız var.Hekayənizi səbirsizliklə gözləyirik."

Cavabı oxuyan kimi yazı otağından çıxdım. Açıq havada gəzmək  bəlkə yeni bir mövzu tapmağa kömək edərdi.Rədd cavabı aldığım ilk dəfə deyildi.Olduğum yerə gələ bilmək üçün indi eşitdiyim "hə"lərin iki ya üç misli çox "yox" eşitmişdim.Əsərlərimə görə uzun müddətdən bu yana eşitdiyim ilk "yox" idi.

Yolda həm bu mövzu barədə,həm də yeni hekayə haqqında fikirləşirdim.

Səhv elə mənim özümdə idi.Xoşbəxtlik ,sevinc,uğur  və s. kimi mövzularda yazmaqdan əl çəkdiyim gün uğur qapımı döymüşdü,qəribədir..

Və başa düşdüm ki,insanlar məndən xoşbəxtlik haqqında hekayələr yazmağımı gözləmirlər.Yenidən öz  mövzularıma qayıdım .Həmin günün sonunda evə qayıdanda xoşbəxt idim.Bəlkə bu mövzuda yazmaqda uğursuz idim.Amma mən uğur qazanmış və xoşbəxt idim.

 


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
2+29=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0632 saniye