Xuraman
Xuraman tərəfindən "Hekayə" bolməsinə 20:17 30 mart 2014 tarixində əlavə olunmuşdur

-Niyə belə olur axı?
-Nec
ə?
-Addımlarını sür
ətləndirdikcə nəfəsin daralır..
-Ah.. Balaca qız.. Bunu özün tap.
-S
ən bu duyğunu yaşamısan mı heç?
-H
ə.. Bu duyğunu ancaq "yaşamayan"lar bilir zatən.



S
əhər saat 06:00. Yuxudan dik atıldı. Gördüyü qadın necə tanış gəlirdi? Ah.. Heç yadına sala bilmədi, kimdi o. Kim idi axı?
Bütün günü a
ğlında bir fikirlə dolandı "yaşamayanlar bilir" .

* * *

May ayının ortaları idi. Sancılı bir gün idi. M
əlum məsələdir ki, balaca qız doğulacaq..
Yox, amma o qızcı
ğaz heç çıxmaq istəmədi qaranlıq dünyaya. Axı anasının bətnində daha rahat idi. Addımını atsın mı, bu yorğun, fəlakət dolu dünyaya, yoxsa ordaca qalıb anasına əzablar versin?
Fikirl
əri qarışıq idi. Doğulsaydı da, yaşama ehtimalı az idi. Çünki "murdar leş" qəbul etmir bu cür insanazidd varlıqları.


- V
əziyyət gərgindi. Tez körpəni nəzarət altına alın. Tez tez.
- N
əfəs gedir, gəlmir.. Ax, balaca..
- H
ə... Qurtuldu..




***
Qarı
şıq bir gün idi. Gecə gördüyü yuxudan sonra özünə gələ bilmirdi. Aynaya baxmağa da qorxurdu. Birdən o qadını görər...
Bir d
əqiqə .. Bir dəqiqə...
O qadını niy
ə görür ki? Aynada görəcəyi özü idi axı...


O , h
ər səhv etdikdə ya da üsyankarlıq etdiyində onun öz adına bənzədiyini deyərdilər. Necə yəni öz adına bənzəyirdi?
Heç anlaya bilmirdi
ətrafındakı insanların naməlum davranışlarını. Sanki eyni sözü əzbərləyibmiş kimi təkrar təkrar danışırdılar.
O is
ə nə insanları vecinə almırdı. Yuxu onu narahat edirdi...
"Ya
şamayanlar bilir"..
M
ən yaşamırdın mı məgər? - deyə suallar verirdi özünə təkrar təkrar.

Sevdikl
ərinin buz kimi hərəkətləri onu yorurdu. Onlarsa bunu görmürdü. O gecə o yuxunu görəndən sonra dəyişdi...

Bumbuz oldu..
Əlini ürəyinə apardı. Və dərindən bir nəfəs aldı. Necə bir məngənəydi axı?
Gör
əsən, bu gecə də görə biləcəkdimi həmin qadını?



* * *
Ax
şam saat 20:40

Atası n
ədənsə danışır. O isə həmişə maraqla dinlədiyi atasına qulaq asmırdı. Beynində isə o qadın.

- Bax, Xuraman, r
əhmətlik nənən mənə çox nəsihətlər verirdi.. Belə etmə, pis olarsan, deyirdi. Mənsə fikir vermirdim. Bilirəm, indi sənin də o yaşındır. "Mənəm" deyirsən. Amma ananla olan bu müxalifliyin heç yaxşı deyil.

O is
ə tək bir sözə kilidlənib qalmışdı. "Xuraman" və "rəhmətlik nənən"...

-Onsuz e
şitmirsən məni. İndi istədiyini et, amma sonra peşman olma..
-Yox, yox, dinl
əyirəm.. Nə bilim e, ata. Bəlkə də haqlısan.
-Yax
şı, qoy dincəlim... Düşün dediklərimi.


H
əqiqətən atası nə demişdi ki?
Anasıylasa heç barı
şmazdı ulduzları.. Nədəndi, bilmirlər özləri də.


* * *


Saat 03:00

-Bax, balaca qız.. M
ən də sənin adaşınam. Adım Xuramandı. Mən bilrəm ki, sən tanımadan sevdin məni. Amma onu da bilirəm ki, sevmək istəməzsən deyirlər sənə.. Fikir vermə, balaca qız..
-S
ən kimsən?
- M
ən sənin adaşın.
Bu sözü dey
əndə qadın xəfifcə gülümsədi. Xuramansa həmişəki kimi sualın cavabını özü tapmalı idi.
- Yax
şı, adaşım, de görüm, məndən nə istəyirsən?
- Dinc
əlməyini, gözəl qızım. Çox yorğunsan. Ehh.. Yalandan gülməyi dəğışdır.
Xuramansa susurdu. Bu yuxudan tez ayılmaq ist
əyirdi. Amma yox..
Qadın gülümsündü..

- Bu s
əninlə son görüşümdü..
-Niy
ə???
- Bir d
ə görüşəcəyik. O da ki, nə vaxt nəfəs almaq istəməsən.
- Yax
şı, get. Tez get.. Tez..


Tez yuxudan ayıldı.
Əsirdi.. Qurtar məni Allahım.. Bu necə bir kabusdu, deyirdi.
Yaxındakı insanlarsa el
ə hey ona "gic", "axmaq" kimi baxırdılar.
Amma heç vecinə deyildi.





* * *
-Ana, ana, nolub s
ənə?
- M
ələyim...
-Anam.. Niy
ə beləsən özünə gəl..




Nec
ə maraqla dəfn edirdilər. Cəh cəlalla..
"m
əzarədək bir yerdəyik" deyə söz verdiyi adama sadiq durmuşdu. Məzarədək onunla olmuşdu..
İndi isəşünürdü ki, hardan tapsın o qadını?
Neç
ə illərdir ki, görmür onu..
Belind
əəl hiss etdi...


- Balaca qız, xo
ş gəldin..
- Xo
ş gördük..
-Deyirdil
ər e. "Rəhmətlik nənən." Bax mən o qadınam.
- Xuraman...
-H
ə, balaca qız.. Bu duyğunu ancaq "yaşamayan"lar bilir....
-Hansı duyğunu?
-Addımların sürətləndikcə nəfəsin daralır. Bu vaxt ölümlə həyat arasında seçim etmiş olursan.. Sənsə balaca qız, elə ilk gündən ölümü seçmisən.. Qarşına çıxan hər kəs səndən bir parça alıb gedir.. Sənsə məndən adımı aldın.. İndi isə yanımdasan.. Xuraman olma duyğusunun verdiyi iztirabın küncündə oturub dəfn mərasimini izləyirsən..


... dəfə oxunub
Qiymət: 8/10(14 səs)
[qiymət ver ]
Şərh yaz
9+23=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.03 saniye