Yad..
Xuraman tərəfindən "Şeir" bolməsinə 22:10 24 mart 2014 tarixində əlavə olunmuşdur

Yadlaşınca xəyallara,
Hər gördüyündə döndərərək üzünü
Qurtulduğunu sanmaq,
Salam belə verməmək..
Gör, heç soruşur mu ki, quyunun dibində necə gedir həyat?
Yadlaşmaq insanlara...
Hər gördüyündə tüpürmək üzlərinə..
Qəbrdə ağlayan cəsədlər kimi nifrətlə..
Yazıqları gəlir sənə,
Acıyırlar..
Formal, süni ağlayırlar..
Gedə biləcəyin hər qapını bağlayırlar..
Millimetrə dönüb həyat,
Yadlaşırsan azadlara..
Yadlaşırsan küçələrə..
Ya da sərxoş meşələrə.
Meşə dedimsə də, "insan bazarı" dünyanı nəzərdə tutdum.
Havaların limanı var!
Dənizlərin sahili var!
İnsanların Tanrısı var!
Tək ona yad hiss etmədim özümü,
İçimi,hisslərimi,sevinclərimi, fikirlərimi bilirdi çünki..
Torpaq üstdə dava edən insanların,
Ən son iki metr torpağa ehtiyacları olacağını demək istədim..
Tanrı mı bağlayıb gözlərini?
Ya da günəş işığını sevmirlərmi nan"kor"lar?
Bu elə bir şeydir ki, elə bir faciə ki,
Duyğularını yalnızlıqlarına satırsan..
Səsə nifrət edirsən..
Hamı mı qaçır səndən?
Acizsən mi?
Tuta bilərsən mi, yadların qəfəslərindən?
Çıxa bilərsən mi, ikigözlü bədəndən?
Hə.. Çıxarsan..
Çıxıb, ruhunu tapşırarsan tanımadığın yad bir qəlbə..
Sonra qəlbin tapdalanmış, əzilmiş..
İki udum zəhər qalmış içməyə,
Əlini uzatdıqca qaçır səndən , bir az incilmiş...
Və yaxınlaşdıqca ölümün qanadları..
Sən kiçik bir tabutda uzanmış olursan günaha doğru..




Bu şeir sanki yarım idi. Və indi tamamlandı....



... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
1+23=
Hesaba giriş
Müəllif

Xuraman
Haqqında
Çox da bi şey deyil
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0308 saniye