Yaddan çıxıb(ixtisarla)
Peykər İbrahimova tərəfindən "Hekayə" bolməsinə 21:03 08 avqust 2012 tarixində əlavə olunmuşdur


Bir neçə gün əvvəl ana olmuş gənc qadın taqətin toplayıb arada bir beşiyində yatmış körpəsinə baxıb gülümsünürdü.Ana gündə ən azı bir dəfə yatağından qalxıb qorxu içində uşağın nəfəs alıb-almamasını yoxlayardı.O da bilirdi ki,körpə uşaqların yatmaqdan başqa bir işləri yoxdur.Heç olmasa qarşıda onları gözləyən yorucu həyatla mübarizədə onlara lazım olacaq gücü indidən bacardıqları qədər yatıb toplasınlar.Hə..belə yaxşıdır.

 Bu gün o tək idi.Bu gün isə ailə üzvləri gənc ananı görməyə  günün birinci yarısı gəlmişdilər.Günorta vaxtı həm körpə həm də ana yatdığına görə heç kəs onları narahat etməmişdi.
Ananı şirin yuxudan susuzluq oyatdı.Adəti  üzrə əvvəlcə körpəsinin beşiyinə tərəf çevrildi.Ancaq beşiyin başında heç tanımadığı bir adam dayanmışdı.Nə həkim idi,nə də yad bir qohum.Gözlərini ovxalayıb bir də baxdı.Yox! Gördüyü xəyal deyildi.Qarşısında ətli-qanlı,bəlkə də bu günədək gördüyü ən nəhəng insan dayanmışdı.Gənc qadın özü də uzunboylu olsa da bu qarşısında gördüyü adam bir insana görə çox böyük idi.Yerindən qalxmağa çalışdı.Əllərini bərk-bərk çarpayıya söykəyib güc topladı və ayağa qalxdı.Elə həmin anda arxasını ona çevirmiş naməlum adam heç tərpənmədən qəti bir şəklidə “otur”dedi.Səs o qədər amiranə idi ki,sanki ona indicə sözlə yox,başına tuşlanmış bir silahla susması əmr edlmişdi.O anda gənc qadının beynindən bir-birinin ardınca düşüncə qatarları hərəkət edirdi.O düşüncələrinə hakim kəsilə bilmirdi.Sakitcə əmri yerinə yetirdi.Bir müddət düşüncələrinə yenidən hakim kəsilməyə çalışdığı o qısa müddət başa çatan kimi(düşüncələrini idarə edə bilmədi,ancaq onların sürətli hərəkətinə öyrəşdi)yenidən ayağa qalxdı və həmin səs “sənə demədim otur?!”dedi.Ancaq qadın bu dəfə oturmadı.Ona eyni səs tonu ilə cavab qaytardı:
-Oturmuram! Sən isə uşağın yanından kənara çəkil.
-Yaxşı,oturma.Mən körpənə ziyan vermərəm.
-Ziyan verməzsən?! Onda niyə üzünü çevrmirsən ki,kim olduğunu görüm?
-Bir az gözlə,bir azca.
Qısa müddətli bir sükut daha.Sonra hələ də tanımadığımız sirli adam üzünü çevirdi.Qadın bu dəfə yerində çöküb qaldı.Bədəni düşüncələri,hərəkətləri bir andaca yoxa çıxdı.O nəfəs alan,nə ad verilməsi düzgün olduğu məlum olmayan bir varlığa çevrildi.Qarşısında dayanmış ağ paltarlı adamın üzü yox idi.Üzündə qara bir maska vardı.Teatr tamaşalarındakı maskalardan..Sirli adam gənc qadının təəccübünü aradan qaldırmaq məqsədilə dedi(qadının üzündə qorxudan çox təəccüb vardı).
-Qorxma,mənim ziyan vermək fikrim yozdur.Bir işim var,onu tamamlamağa gəlmişdim.
Ancaq yazıq qadın donub qalmışdı.Bu dəfə də sirli adam zəhmli səsi ilə ona müraciət etdi.

-Özünə gəl!

Səs otağın divarlarına elə toxundu ki...Ancaq heç kəs səsə gəlmədi.Bircə qadını düşüncələrindən ayırdı.O nə etsin bilmirdi.Bəlkə qışqırsın.Yox,sirli adamın səsini eşitməyən xəstəxana onun səsini eşidəcəkdi ki?!..Nə edəcəyini bilmirdi.

Qəribə adam onun bir azca sakitləşdiyini görüb sözə başladı:

-Qorxma,sakitləş.Mən körpənin taleyini,gələcək həyat yolunu,alın yazısını,hansını istəyirsən qəbul elə yazmağa gəlmişdim və yazdım.Üç gün əvvəl yazmalı idim.Ancaq necə olubsa,yaddan çıxıb.
Qadının bütün təəccübü,qorxusu silindi.

Nə?Sən tale yazırsan?Yəqin burda müalicə olunursan-deyə bildi.
-Sən də bilirsən ki,mən dəli deyiləm.
-Yaxşı.Tutaq ki,düz deyirsən.Sən tale yazırsansa,mənim də taleyimi yazmısan və mənim başıma belə bir iş gələcəyini bilməli idin.
-Mən yazmışam.Ancaq,həmin vaxt tək sənin üçün yazmamışdım ki.Mən,sadəcə olaraq,mənə deyiləni yazıram.Özümdən yazmıram.
-Yaxşı sənə o məşhur sualı verim.Əgər bizim alın yazımız varsa,niyə insanlardan öz yolları ilə getmək,yeni nəsə bir şey yaratmaq gözlənilir?
-Həəə,bu sual..Bilirsən,tale hazır yeməkdir.Əgər sən,yemək bişirə bilmirsənsə,şübhəsiz,hazır yeməklə kifayətlənəcəksən.Ancaq əgər,yemək bişirə bilirsənsə,özün üçün nəsə bir şey hazırlayacaqsan.Yəni,tale,alın yazısı-bunlar öz yolu olmayanların ardınca gedəcəyi və öz acizliklərini,səhvlərini üstlərinə atacaqları şeylərdir.
-Yəni,biz səni yazdıqlarını dəyişə bilərik?
-Əlbəttə,dəyişə bilərsiniz.Ancaq müəyyən məqamlar var ki,onları dəyişmək olmaz.
-Hə,bildim.
Yaxşı,sualların qurtardısa,gedim.İşlərim çoxdur.Sağ ol.
-Sağ ol.
O bir andaca yox oldu.Ana təzəcə yuxudan oyanmış körpəsinə yaxınlaşıb açıq pəncərənin qarşısında dayandı.Körpəni əzizləyə-əzizləyə küçədən keçən insan axınına tamaşa edirdi.



... dəfə oxunub
Qiymət: 8/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
5+16=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0308 saniye