Yağışlar
Gülnarə Sadiq tərəfindən "Şeir" bolməsinə 02:39 29 aprel 2015 tarixində əlavə olunmuşdur

Buludlar qəzəblə gurlayar yaman,
Tökülüb göylərdən, yağar yağışlar.
Hamının dərdini yadına salar,
Yuyub sevincləri alar yağışlar. 

Damlası hər eşqin baş daşı sanki,
Solan sevdalarıın göz yaşı sanki,
Hər yanan ürəyə dərd aşı sanki,
Baxıb bu dünyaya ağlar yağışlar. 

Qəlblərin fəryadı göylərə qalxıb,
Buludun içindən həsrətlə çaxıb,
Solan ümidləri səmaya taxıb
Tənha ürəklərlə çağlar yağışlar.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
5+11=
Hesaba giriş
Müəllif

Gülnarə Sadiq
Haqqında
Gülnarə Sadiq – Qasımova Gülnarə Ələkbər qızı 1985-ci il Azərbaycan respublikası,Gəncə şəhərində anadan olub.İlk təhsilini 2000-ci ildə həmin şəhərdə bitirdikdən sonra Gəncə Dövlət universitetinə qəbul olmuş və 2006-cı il həmin unuversiteti bitirmişdi.Uşaqlıq illərindən ədəbiyyata olan marağı Gülnarə qısa şeirlər yazırdı.Yazıları “Töhvə”, “Odlar Yurdu“qəzetlərində,”Məhəbbət işığında”,”Gəncliyin Səsi” almanaxlarında derc edilmişdi.Gəncə Dövlət Universitetinin nəzlində fəaliyyət göstərən “Gəncliyin Səsi”ədəbi dərnəyinin üzvü olmuşdu.Halhazırda www.vehdet.org saytının baş redaktorudu.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0255 saniye