Yağmurla edilən dua
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 02:46 24 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Az sonraya saxlayım hər şeyi
durdurub zamanı
qoy, bir az dilək tutum
yağmur başlamışkən...

Bir az əllərimi göyə qaldırıb ovuclarımı səmaya açım
bir az içimdən danışım
dua səpələyim göylərə...

Səmanın qapıları açılmışkən
səsimi duyurum ta ucalara
qoy, bir az dilək tutum...
zaman durmuşkən
yol yaxınkən
bir az Ona yaxınlaşım...

 

Aysel Abdullazadə...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+34=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0296 saniye