Yağmurların qadını
Bəyaz Məmmədova tərəfindən "Digər yazılar" bolməsinə 23:49 05 iyul 2014 tarixində əlavə olunmuşdur

            Ən içdən sözləri ilə başladı qadın.Danışdı,danışdı,danışdı amma susmadı.Yağışın səsini qulaqlarından içinə çəkərək,onun qoxusunu burnundan alaraq danışırdı.Gözləyirdi…Yağışın kəsməməsini gözləyirdi.Sonsuza qədər belə qala bilərdi.İtirilmiş bütün varlıqlarını düşünmədən,itirilməmiş bütün insanları düşünmədən yağışı gözləyə bilərdi.Onu sevə bilərdi,nazını çəkə bilərdi.Gözləri ilə əsrlərcə onun yağışını izləyə bilərdi.O yağmurlar qadını idi.Adəti idi bu.Hər yağış yağdığı zaman onu qarşılamağa çıxardı.Əbədi skamyasında əyləşib yağışın onu islatmasından həzz alardı.O yağmurlar qadını idi.Yağışdan qorxmazdı.Heç bir zaman çətir gəzdirmədi özü ilə.O islanardı.Bütün yalanlarla islandığı kimi,bütün xəyanətlərlə islandığı kimi,bütün arzuları ilə islandığı kimi.O sadəcə danışardı əbədi dostu ilə.Bir az keçmişindən,bir az indisindən,bir az da gələcəyindən danışardı.Ən çox keçmişindən danışanda həzz alardı qadın.Çünki gələcəyində heç nə olmadığını bilirdi.İtirilmiş hər can üçün bir bədəl ödəyəcəyini bilirdi.Onun gələcəyində bir ümid olmadığını bilirdi.O itirmişdi.Tapa bilmirdi.Nə yağmurlarda,nə yağmursuzluqda.O qəlbini də,beynini də yağışda islatmış qadın idi.O bütün peşmanlıqları ilə birlikdə skamyada oturub yağışı dinləyən qadın idi.O əzablar içində qıvrılan amma yağışla dərdləşməyə qıymayan qadın idi.Onun gözəlliyini pozmaq istəmirdi.Onun sakit yağışını,küskün duruşunu,həlim-həlim axışını,nizamlı damlalarını pozmaq istəməyən qadın idi.

            O sadəcə yağışın bir damlasında özünü tapa biləcəyinə əmin idi.Onun hər damlası ilə vuruşmağa gücü olmasa da güclü görünməyə məcbur idi.O gücsüz də olsa bir qadın idi.Mütləq amma mütləq güclü görünəcəkdi.

            Bəzən tək gəzirdi küçələri.Kiminləsə gəzməyi sevməzdi.Yağış olan yerdə onu narahat edəcək bir kəsin olmamasını arzulayardı.Yolda getdiyi zaman kimisinin qulağında qulaqcıq,kimisinin yanında dır-dır danışan insanlar görərdi.Amma o özü gəzərdi.Küçədəki yollarda öz əksini tapa-tapa.Yağışın bəxş etdiyi yerdəki aynada görərdi bəzən özünü.Necə də saf idi o ayna.Necə də gözəl göstərirdi islanmış qadını.Kaş ki daxilini də ən azı o qədər pak və təmiz göstərə bilərdi.Qadın arzulayırdı.Bəzən yağışdan kömək diləyərdi.Amma bundan sonra ona yağış belə yardım edə bilməzdi…


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
9+1=
Hesaba giriş
Müəllif

Bəyaz Məmmədova
Haqqında
Kədəri də,sevinci də layiqincə yaşayın.Yeri gəlsə qışqıraraq ağlayın,yeri gəlsə qəhqəhə çəkərək gülün.Nə ağlamaqdan,nə də gülməkdən utanmayın.Təsəllilər isə təsəlli olduğu müddətcə təsəlli kimi də qalacaq....
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0253 saniye