Yalnızlıq...
Aysel Abdullazadə tərəfindən "Şeir" bolməsinə 18:19 10 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Yalnızlıq - divarda bir qadın kölgəsidir indi
hər küncə pusqu qurmuş hüzün
içinin burxulmuşluğunu anladan dahi bir hiss...

Təklik - ruha üfürülmüş qəlibdir indi
içində sıxışıb qalmış dar bir qəfəs
və çırpınışını izləyən şeytan misalı...

Ağlının ən gözəl hissəsində ayrılmış yerdir - tənhalıq
soruşmağa qorxduğun sual
eşidəcəyin vahiməli cavabın ehtimalı qədər yaxın...

Və bir ömürdür yalnızlıq
sürdüyün həyat,
küçə lampalarının sönməsidir - yalnızlıq...
yaşamağa çalışdığın zamandır yalnzlıq...

Aysel Abdullazadə...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+21=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0282 saniye