YANIMDA YOXSAN
Yaqut Hüseynova tərəfindən "Şeir" bolməsinə 15:05 07 avqust 2017 tarixində əlavə olunmuşdur

                               (ATAMIN əziz xatirəsinə) Deyirlər, atalar qızın çox istər,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!
Hər kəsin atası qapı döyəndə,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!
 
 Gözlərim doymadı baxışlarından,
Əcəlin utandı göz yaşlarından,
Adını aradım baş daşlarından,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!       Qapıdan çıxanda həzin gülərdin,
"Sənə arxayınam, qızım..." deyərdin,
Hər axşam evinə sən tələsərdin,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!         Həmişə əlimdən möhkəm tutardın,
Taqətsiz əllərin bağrımı yardı,
Ağlasam ürəyin bunu duyardı,
Bəs niyə, sən, mənim yanımda yoxsan?!       Yaqut Hüseynova

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+3=
Hesaba giriş
Müəllif

Yaqut Hüseynova
Haqqında
Jurnalist...Yazar...Blogger
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0227 saniye