YAVAŞ-YAVAŞ İNKİŞAF MƏRHƏLƏSİNİ KEÇİRİK, UĞUR QAZANMAQ ÜÇÜN HƏLƏ ÇOX YOL GEDƏCƏYİK – “60 SANİYƏ” FİLMİNİN “QƏDİR” OBRAZINA CAN VERƏN İSTEDADLI AKTYOR VƏ REJİSSOR TEHRAN RƏHİMOV
Elşən İsmayıl tərəfindən "Müsahibə" bolməsinə 15:54 28 yanvar 2021 tarixində əlavə olunmuşdur

YAVAŞ-YAVAŞ İNKİŞAF MƏRHƏLƏSİNİ KEÇİRİK, UĞUR QAZANMAQ ÜÇÜN HƏLƏ ÇOX YOL GEDƏCƏYİK – “60 SANİYƏ” FİLMİNİN “QƏDİR” OBRAZINA CAN VERƏN İSTEDADLI AKTYOR VƏ REJİSSOR TEHRAN RƏHİMOV

 

Saytımız artıq bir müddətdir çəkilişləri gedən və çox yaxın zamanlarda yayımlanması planlaşdırılan yeni, maraqlı süjet xətti ilə diqqət çəkən “60 SANİYƏ” psixoloji dramının əsas obrazlarından “QƏDİR” obrazına can verən istedadlı aktyor və rejissor TEHRAN RƏHİMOV ilə apardığımız müsahibəni sizlərə təqdim edir:

 

1. Müasir Azərbaycan kinosu haqqında fikirləriniz.

Müasir Azərbaycan kinosu hal hazırda inkişaf mərhələsindədir. Ekran işlərinə baxdığımızda Tv-lərdə verilən seriallarımızı və eyni zamanda hər il müxtəlif mövzuda çəkilən bədii filmləri misal göstərmək olar. Düzdür bizim köhnə filmlərin keyfiyyətini verə bilməz. Keçmişdə çəkiliş, planlar o dövrə uyğun idi, ancaq aktyor oyunu təbiilik, peşəkarlıq yüksək səviyyədə olub. İndiki dövrü nəzərə aldıqda isə, yavaş-yavaş inkişaf mərhələsini keçirik. Təbii ki, səhvlər çoxdur, bir-bir açıqlamaq düzgün olmaz, amma aktyor oyunu, Rejissor işi və ssenari dərinliyi təəssüf ki hələ çox yol gedəcəyimizə işarədir. Bu sektor hələ güclü səviyyələrə çatmayıb.

 

2. Bu gün dünya kinosu sizcə nə yerdədir?

Dünya kinosu bu gün baxdığımızda əvvəlki səviyyəsindən bir neçə pillə aşağı enib. Artıq əvvəlki qədər güclü ssenari və rejissor işləri yoxdur təəssüf. Bunu sadəcə bir neçə cümlə ilə ifadə edə bilərəm. Keçmiş filmlərdən hər hansı birinə bəzən dəfələrlə baxmış olsaq da, əzbər bilsək də, yenə baxırıq. Ancaq indiki filmlərə yalnız bir dəfə baxsaq, ikinci dəfə baxmaq istəmirik. Bəzi istisna halları çıxmaq şərti ilə. Yaxşı ki, “Netflix” və bənzəri bir neçə film şirkəti bütün dünyada fəaliyyət göstərərək ən müasir filmləri, serialları istehsal etməyə başladı.

 

3. Bu film haqqındakı düşüncələriniz?

Bu film haqqında onu demək olar ki, indiki filmlərə bənzər baxış tərzində deyil. Xüsusən fərqli yanaşma ilə izləmək lazımdır bu filmi. Filmdə 4 fərqli adamın etirafları əks olunur. Burada bir adam digərlərindən qisas almağa çalışır, yalnız “günah kimdədir?” sonu nə olacaq, bu sürpriz qalsın...))

 

4. Rolunuz haqqında qısaca...

Öz personajım haqqında: həyatda səhvsiz insan yoxdur. Onunda səhvləri var. Və bu filmdəki obraz əvvəllər etdiyi səhvlərin ifşa olunmaması üçün bir çox şeyə məcbur olur. Ancaq içində pis niyyət yoxdur, dost olmağa çalışa da, ancaq sonda məyus olur.

 

5. Hansı xarakterli obrazlara daha çox simpatiyanız var?

 

Mən 2011-ci ildən bu sahədə öz gücümlə fəaliyyət göstərirəm. Müəyyən zaman ərzində topladığım təcrübəm var. Aktyor kimi mən obraz seçən bir insan deyiləm. Obraz istər mənfi, istərsə də müsbət, fərq etməz. Əgər ssenaridə öz obrazımın varlığına səbəb varsa, məmnuniyyətlə oynayaram. Təbii ki, daha çox mənfi obrazları çox sevirəm. Mənfi obraz oynamaq daha çətindir. Və daha yadda qalan təsiri olur.

 

6. Filmdən gözlətiləriniz.

Məncə, bu filmdən mənim gözləntim Rejissorumuzun gözləntiləri ilə eyni ola bilməz. Lakin öz obrazımın bəyənilməsini istərəm. Mənim üçün çəkiliş prosesi fərqli oldu.

 

7. Azərbaycan izləyicisinə nə demək istərdiniz?

Səbirli olmalarını və yaxın gələcəkdə daha səviyyəli proyektlərin olacağını və bu işləri gözləmələrini tövsiyə edirəm. Əlbəttə mən hər şeydən öncə bir tamaşaçıyam və mən də istəyirəm səviyyəli işlər görüm.

 

8. Yaradıcılıq planlarınız.

Yaradıcılıqla bağlı planlarım həddindən artıq çoxdur və ildən-ilə inkişaf etməyə çalışıram. Demək olar ki, 10 ildir bu sahədəyəm. Bu günə qədər heç bir dəstəkçim olmayıb. Kimsədən də dəstək gözləmədən yoxluqlarla nəyisə var etməyə çalışmışam. Və hal-hazırda “savaşıma” davam edirəm.)) 10 ildə öyrəndiklərim ilə bundan sonrası üçün böyük hədəflər qoymuşam özümə. Və heç zaman hədəflədiyim yerə çatmadan geri durmayacaq qədər mübarizəm...

 

Filmin afişası:

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+15=
Hesaba giriş
Müəllif

Elşən İsmayıl
Haqqında
GƏNC ƏDİB VƏ KİNO İNSANI
Əlaqə
Tel.:
055 626 96 64
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0291 saniye