Yazar.in-də ötən ayın ən fəal müəllifi bəllidir
Yazar.in tərəfindən "Digər yazılar" bolməsinə 13:28 17 yanvar 2016 tarixində əlavə olunmuşdur

Yazar.in-də 3-cü ayı da tamamladıq. Bu ay da müəlliflərimizin maraqlı yazıları ilə yadda qaldı. Ötən həftəyə kimi Nigar Şahsuvarova və Ülfət Cavad arasında gedən gərgin mübarizədə də bütün məsələlərə son həftədə aydınlıq gəldi. 

Əvvəlcə, həftənin "TOP-10"u ilə tanış olaq:

1. Nigar Şahsuvarova - 6.26%
2. Ülfət Cavad - 4.88%
3. Mövlud Ağamməd - 2.24%
4. Elnur Osmanov - 2.02%
5. Aysel Abdullazadə - 1.71%
6. Peykər İbrahimova - 1.16%
7. Səbinə Məmmədzadə - 1.14%
8. Narniya - 0.99%
9. Yusif Nazim Ərəbsoy - 0.96%
10. Sənan Səfərov - 0.95%

Ayın falını açıqlamamışdan əvvəl növbəti ay üçün ən yaxşı müəllifin seçilmə meyarlarında bir qədər dəyişiklik edəcəyimizi diqqətinizə çatdırırıq. Artıq Yazar.in Bədii Yaradıcılıq Komandası həftə ərzində ən çox oxunan müəlliflərdən ("TOP-10"da yer alan) 3-nə yazılarının keyfiyyətinə (aktuallıq və mətndəki ustalıq, eləcə də, mövzunun maraqlılığı nəzərə alınaraq) bal verəcək. Ayın fəalı seçilərkən bu ballar da mühüm əhəmiyyət kəsb edəcək. Bu, saytda kəmiyyəti artırmaq üçün bəzi müəlliflərin yerləşdirdiyi yazılarla mübarizə aparmaq üçündür.

Sonda isə ayın müəllifi...

3-cü ayımızda qalib ilk ayın qalibi - Nigar Şahsuvarova oldu! O, "Parlaq İmzalar" Nəşriyyatından Avqust Strindberqin "Tənha" romanını və Aleksandra Kaveliusun “Leyla” əsərini hədiyyə qazanır.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+16=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.027 saniye