Yazıçının ölüm hekayəsi
Mirzə İskəndərov tərəfindən "Hekayə" bolməsinə 16:54 25 mart 2014 tarixində əlavə olunmuşdur

            Xoş bir bahar səhəri Vüqar yeni kostyumunu geyindi. İkinci mərtəbəyə qalxdı və qapını yavaşca açıb yataq otağına girdi. Ehtiyatla həyat yoldaşının və balaca Hüseynin alnından öpdü.

            Beləliklə, Vüqar rəngli qələmlərini (qırmızı, göy və yaşıl) köynəyinin cibinə qoydu və yeni cızma-qarasını götürüb evdən çıxdı. Bir neçə addım atdı və gözlərini örtərək dərindən nəfəs aldı. Elə bil dünyada oksigen tükənmişdi, nəfəs aldığı isə sonuncu idi və artıq onunçün həyat qaranlığa qərq olmuşdu. Qeyri-ixtiyari olaraq təngnəfəs halda gözlərini açaraq harda olduğunu unutmuş kimi sağına-soluna nəzər yetirdi. Artıq özünə gələndən sonra özünü danladı və qarajı açdı. Gözləmədiyi halda oradan qara pişik onun qabağından keçərək çölə qaçdı. O, buna heç fikir vermədən açarla maşını açıb oturdu.

 O, belə şeylərə fikir vermirdi. Ancaq düşünürdü ki, bunlar bir zaman

«onun qələmi» üçün vacib ola bilər. Zira, belə işlərə laqeyd yanaşmasına baxmayaraq, o, yazılarında daim obyektiv olmağa çalışırdı. Hər an nəcə zamanla geyinirdisə, elə, yazılarını ona uyğunlaşdırmağa çalışırdı.

Maşını izahı olunmaz bir zövqlə işə saldı və yola çıxdı. Təzə aldığından çox sevinir, gülümsəyirdi. Sevincinin dərinliklərində böyük bir həyacan, qorxu gizlənirdi.

“Bu qorxu nəyə xidmət edirdi? Nəyə işıq salırdı?” – bu suallar Vüqarı bir qədər narahat, fikirləşməyə məcbur edirdi.Sadə olmasına baxmayaraq, səhrada yüz il əvvəl itmiş medalyonu axtarmaq qədər çətin və düşündürücü idi. O, bu sualdan qurtulmaq üçün özünü məhv etməyə hazırdı. Bəli, məhv etməyə!

            O gecə, özüdə bilmədiyi halda stol arxasında keçirtdiyi, bəlkə də, bütöv bir ömrünə bərabər olan 3 saatını o yazıya həsr etmişdi. O, cızma-qaraya ki,..

            Qəflətən əlini cızma-qarasına atdı. Əlinə alaraq sükanın qarşısında olduğunu unutdu. Yerini rahatlayaraq heyrətlənmiş halda səhifələri ötürürdü. Sükan onun əlindən artıq çıxmışdı. Bu an güclü zərbə maşına dəydi və Vüqarın qələmləri ön oturacağa səpələndi. O, özünə gələndə sükanı nə etdiyini özü də bilmədən qeyri-adi bir güclə sola yönəltməyə çalışdı. Maşın iki dəfə çevrildi...

                                                                ***

            Ertəsi gün bütöv bir ölkəni təşkil edən mətbuat  “Yazıçının ölüm hekayəsi” adlı hekayə və məqalələr dərc etdi. Məqalələr bütün daxili və xarici nəşriyyatlarda çap olunmuşdu. O yerdə ki, Vüqarın heç bir cümləsi də qəbul edilməmişdi. Onun bəlkə də hər gün eşidəcəyi bu sözə – "qəbul olunmadı" – görə indi onlarla insan heyfslənir, səhv etdiklərini düşünür. Ona bu sözləri deyənlər ertəsi gün bu məqaləni dərc etməli oldular:

            "Dünən, səhər saatlarında N. prospektində baş verən qəzada “yazıçı” Vüqar vəfat etmişdir. Bizdə olan məlumata görə “onun qələmi” başına sancılmış halda maşında tapılmışdır.

            Bəzi mənbələrə istinad olaraq qeyd etmək lazımdır ki, müəllifi olmuş “Yazıçının ölüm hekayəsi” əsəri elə onun ölüm ssenarisi olmuşdur.

            O, cızma-qara ki, onu öldürmüşdü".

Mirzə İskəndərov

 

Astara – 13.10.2013


... dəfə oxunub
Qiymət: 7/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
4+9=
Hesaba giriş
Müəllif

Mirzə İskəndərov
Haqqında
Doğum tarixi: 15.10.1997   Doğum yeri: Rusiya Federassiyası Tümen vilayətinin Noyabrsk şəhəri    Təhsil: Bağça: Noyabrsk (2002-2003)   Orta məktəb: Azərbaycan, Astara ray., Kakalos k. 1 saylı (2005-2016)   İş-Sənət:  Astara ray., Kakalos k. Mədəniyyət evində həvəskar aktyor. Tətbiqi sənət — həsir toxuma. Yazıçı   Mükafatlar və  iştirak etdiyi tədbirlər: Bakı, Dənizkənarı Milli parkda keçirilən "Novruz 2012", "Novruz 2013"  və "Novruz 2014" şənliklərinin tətbiqi sənət üzrə iştirakçısıyam.      "İstedad 2012" və "İstedad 2013" ümumrayon festivalında fəal iştirak etdiyinə görə 1-ci yerin mükafatçısı. "Yazarların Bakı Görüşü"
Əlaqə
Tel.:
+994507269006
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0295 saniye