Yenə və həmişə mentalitet!
Qırıq Qələm tərəfindən "Digər yazılar" bolməsinə 19:40 09 iyun 2014 tarixində əlavə olunmuşdur

Mentalitet yazılmayan qanunlardır.Bu qanunlar heç it dəftərində belə yazılmayıb.Mentalitet sadəcə olaraq insan təfəkkürünün ən axmaq bəhrəsidir.Əgər Adəm və Həvvaya inansaq,insanın əzəldən necə azad yetişməli olduğunun fərqinə vararıq.Sərhədlər insanı boğar.Dünyaya 1 dəfə gəlirik.Həyat dediyin şeyin dadını çıxarmaq lazımdır,zibilini yox.Mentalitet elə bir şeydir ki,var amma yoxdu.Kimdən soruşsan,hər kəs mentalitetdən dən vurur.Amma heç kəs ona əməl etmir.Bu bir növ boşluqdur.Boşluğun arasında isə oyuncağa çevrilmiş aciz insanlar.Məgər tanımadığın,sənə heç lazım belə olmayan insanın qusduğu axmaq kəlimələr lazımdır sənə?! Yox.Sən heç onları bir də görməyəcəksən.Bu həyat sənindir,dostum.İstədiyin kimi yaşayarsan.Həmişə 2 yolun olmuşdur sənin.Biri əyri,biri düz.Biri bataqlıq,biri cənnət.Biri pozğunluq,biri ləyaqət.Bax belə ayrılır yolların.Oğruluq,əyrilik dolu həyatı seçməzsən ki,sən.Bax həyatında düz yolu seçsən mentalitetin canı cəhənnəmə.Həyatı sevərək yaşamaq gərək.Mentaliteti özünə dərd etmə.Kim necə fikirləşər deyə özünü sıxma,vecsiz ol.Sən reallığıki bilirsən.Bu sənə yetər.Tanrı sənə beyin verdi.Ən önəmlisi düşüncə.Hər kəsin düşüncəsi qum dənəcikləri kimi biri-birindən kəskin fərqlənir.Düşüncələrinin səsini dinlə.Səhvlər etməkdən qorxma.Sənə həyatda dik durmağa kömək edən səhvlərindi.Ən əsası dostum,sən,ən ali insansan! Düşüncəndən istifadə et,aciz olma,yamanlara yaman de,ustadın şeirini bir daha gözdən keçir,qorxma,gizlənmə,vicdanına,ləyaqətinə sığın və istədiyin kimi yaşa! Heç kəsə borclu deyilsən!


... dəfə oxunub
Qiymət: 5/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
1+23=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0406 saniye