Yenə yağış yağır, ruhum islanır...
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 01:22 01 dekabr 2013 tarixində əlavə olunmuşdur

Yenə yağış yağır ruhum islanır
Yenə pəncərədən o qız boylanır.
İşarə edirəm çətir götür gəl.
Sən demə heç yağış deyilmiş əngəl
Çevrilib arxaya boylanır yenə
Sonra gözləriylə get deyir mənə
İndi pəncərədən 6 göz baxır
Yağış damlaları ruhuma axır
Uzaqdan duyuram şən gülüşlərin
Vurub pəncərəyə toppuş əllərin
Elə bil kimisə çağırır uşaq
Mənsə çıxıb gedə bilərəm ancaq
İnanmaa istəmir ruhum gözümə
Artıq ayaqlar da baxmır sözümə
Yolun ortasında sakit dayanıb
Ruhum çıxıb gedib, Cismim islanıb...


... dəfə oxunub
Qiymət: 10/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
6+12=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0266 saniye