Yeni il mövzusunda yazı yaz və hədiyyə qazan
Yazar.in tərəfindən "Digər yazılar" bolməsinə 18:00 07 dekabr 2014 tarixində əlavə olunmuşdur

Yazar.in saytı “National Geographic” Azərbaycan jurnalı ilə birgə yeni müsabiqəyə start verir.

Müsabiqədə iştirak etmək istəyən Yazar.in istifadəçiləri müəyyən edilmiş yeni il mövzularının birində yazı yazıb sayta yerləşdirməlidirlər. Yazılar yerləşdirildikdən sonra yazının linkini Yazar.in Facebook səhifəsinə göndərməyiniz vacibdir.

Mövzular aşağıdakılardır:

1. Ən qəribə yeni il adət-ənənələri
2. Şaxta Babanın vətəni – Laplandiya
3. Ən yaxşı yeni il ağacını necə bəzəməli?
4. Yeni ili qeyd etməyən ölkələr
5. Köhnə yeni il haqqında
6. Yeni il üçün ən maraqlı hədiyyələr
7. Yeni ildə uşaqlara nə hədiyyə edək?
8. Ən yaddaqalan Yeni il musiqiləri
9. Yeni il haqqında kitablar
10. Məşhurların yeni il haqqında sitatları

Müəyyən edilmiş mövzular araşdırma tələb edir. Başqa dildən azərbaycan dilinə tərcümə edilərək yerləşdirilmiş yazılar da qəbul olunur.
Seçdiyi mövzunu ən yaxşı işləmiş müəllif  “National Geographic” Azərbaycan jurnalının dekabr nömrəsini hədiyyə qazanacaq. Yazılar Yazar.in saytının bədii yaradıcılıq komandası tərəfindən qiymətləndiriləcək.
Müsabiqə üçün yazılar  8 dekabr saat 00:01-dən 14 dekabr saat 00:00-a kimi qəbul edilir. Janr sərbəstdir. Bir müəllif bir neçə mövzuda yazı ilə iştirak edə bilər.
Bütün iştirakçılara uğurlar arzu edirik!


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+20=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0387 saniye