Yorğun.
Ülker Qehremanova tərəfindən "Esse" bolməsinə 00:59 28 yanvar 2014 tarixində əlavə olunmuşdur

                                                                          Yorğun

 

 Həyatının bəlkə də ən son dəmində öyrənəcəyin “gerçəklər”dən hələ xəbərin yoxdu.  Sənin üçün indi gerçək olan tək şey öz inandıqlarındı.  Və inanmaq istədiklərin...

 Düzdü,bəlkə də eşitmisən “cənnət...   cəhənnəm...   günah...  yalan...”  sözlərini.  Tez-tez “namaz qılmalı,oruc tutmalı,ibadət etməli” söhbətləri çatır qulağına.  Sənin ən kiçik bir fikir dağınıqlığında hələ heç bir işdə uğur qazanmamış insanlar böyük əminliklə izah edər sənə hər şeyi.

 Amma sənin hələ bunlara ayıracaq vaxtın yoxdu.  Axı sən hələdərslərinə fikir verməlisən,institud haqqında düşünməlisən.  Bu gün həkim,sabah pilot,o biri gün artıq nə işlə məşğul olduğunu bilmədən,yüz faiz hüquqşünas olmağa qərar verəcəksən.  Hər gün məktəbdə biraz da beynini boşaldıb evə qayıdacaqsan.  Otağına keçib dərs oxuyarkən arada telefona baxacaqsan.  Ki,burda dərsə fikir verdiyin vaxt sadecə 20 dəqiqə,telefona sərf etdiyin o ara dəqiqələr isə toplamda 2 saatını alacaq səndən.  Nə namaz...  Hələ sevgilin də olacaq,onunla boş söhbətlər üzündən mübahisə edəcək və ayrılacaqsan,yazıq sən saatlarla dərd çəkəcəksən,sonra yadından çıxacaq və başqaları...

 Həyatının hər anını o qədər dolu-dolu yaşayacaqsan ki,Tanrıya dua etməyə vaxt ayıra bilməyəcəksən.  Amma heç vaxt dolu olduğunu sandığın həyatın nə qədər boş keçdiyini bilməyəcəksən.  Heç sevməyəcəklər səni...  Heç kim anlayışlı olmayacaq sənin gözündə.  Valideynlərin elə doğulduğu andan 1.70 boyunda,məsləhət verən aparatlar olacaq sənin üçün.  Onların çəkdiyi əziyyətlər sənə rahatlıq olaraq qayıtdığı üçün ruhun heçnə hiss etməyəcək.

 Məktəb illərində dərs yox,hamının çantasından,qələmindən,geyimindən danışılacaq.  Sonrakı o bərbad illərdə sən həyatının saf və ən çirkli hisslərini yaşayacaqsan.  Qarşındakı insana maraq oyanacaq səndə.  Vətəəssüf ki,hamının zorla da olsa yaşadığı o “sevgi” deyilən şeyi sən də yaşamaq istəyəcəksən.  Ölüm ayağında belə bunun sənəheçnə qazandırmadığını anlamayacaqsan.

 Vaxt gələcək...  tələbə olacaqsan.  Artıq “sevgi(li)” tapmaq sənin üçün heç çətin olmayacaq.  Xasiyyətinə öyrəşə bildiyin hər iki gözlü,bir burunlu insanı “sevəcəksən”.  Belə ki,özünü gerçək sevgidən minlərlə addım uzaqlaşdıracaqsan.  Hər sevgi sandığın xatirə uğruna göz yaşı tökəcək qədər duyğun varsa...  səni həqiqətən sevənləri itirdiyin an tökməyə göz yaşın qalmayacaq.  Zaman da olmayacaq heç bir dərdinə çarə.  O ötdükcə...  sən alışacaqsan hər şeyə.  Bu yaşınadək Tanrıya vaxt ayırmadığın üçün heç bir səhvin gözünə görünməyəcək.  Anlamayacaqsan hər nəfəsində günah olduğunu.

 Sıradanlaşacaq düşüncələrin.  Hər kəsi eyni görəcək gözlərin.  O başına örtdüyü parçanın altına günah yığana baxıb hər hicablı insana söz yapışdıracaqsan.  Acı dilli bir namaz qılan insanın ucbatından heç bir namaz qılana inanmayacaqsan.  Ayağının altını qazanları qınayıb ayağının altında qalanları görməyəcəksən.  Ruhun belə hiss etməyək neçə cana qıydığını.

 Hansısa sıxıntılı anında o qədər əsəbi olacaqsan ki,Allaha dua etmək ağlının ucundan belə keçməyəcək.  Oysa ki,Tanrıma birəl açışında səni doğru istiqamətə yönləndirəcəkdi...  Təmənnasız.

 Görməyəcəksən bütün bu illər ərzində bir qıraqda səni sənsiz,səssiz sevəni.  Artıq sevgini də axtarmaz olacaqsan.  Pulunla hər cür “sevgi”ni alacaqsan.  Və o kağız parçası da səni tərk edəndə...  nəhayət ki,həqiqətən gerçək olan bir hiss girəcək həyatına...  Təklik.  Tək qalacaqsan.

 Tək qalacaqsan itirdiyin dəyərlər içində.  Bundan sonra...  dəyər vermədiyin insanlar da olmayacaq yanında.  Elə sənin istədiyin də bu deyildimi? Körpə ikən səni qoruyan ailəni belə itirdiyin üçün sən artıq bir körpə qədər aciz insan olursan.

 Səndən ümidini hələ də kəsməyən Günəş oyadacaq səni hər səhər.  Hər şeyin bir birinə qarışdığı otağına biraz həyat qatmağa çalışacaq.  Onu da rədd edəcəksən.  Onu da istəməyəcəksən...  Yorğanmı səni,yoxsa sənmi yorğanı məğlub edirsən,bilinməyəcək.  Başını söykəyə biləcəyin tək şey yastığın olacaq. Bütün gün heç bir iş görmədiyin halda illər boyu əziyyət çəkmışcəsinə yorğun olacaqsan.  Artıq göz qapaqlarını sona qədər açmaqda əziyyət çəkəcəksən.  Gedəcəyin heç bir işin olmadığından,sevəcəyin kimsən qalmadığından artıq özünü tanımağa başlayacaqsan.  Heç nəyə və heç kimə xeyri dəyməyən biri olduğunu indi qəbul edəcəksən.  Heç bir məşğuliyyətin olmayacaq.  Vaxt keçdikcə evindəki əşyalardan fərqin qalmayacaq.  Hələ də bir yerlərdə gerçək sevgini axtaran birinəo sonsuz xoşbəxtliyi yaşada biləcəkkən...  sən öz xarabalığında öz həyatına son verəcəksən.

 İndi de mənə.  Sən özün üçün yaşamaqdan başqa nə etmisən..?

 

24 Sentyabr 2013

 

Nəzakət və xoş rəftar o qədər nadir hala çevrilib ki,

bəziləri bunu görəndə sevgi zənn edir.

                               Richard Gere 

 


... dəfə oxunub
Qiymət: 8/10(7 səs)
[qiymət ver ]
Şərh yaz
9+6=
Hesaba giriş
Müəllif

Ülker Qehremanova
Haqqında

Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0369 saniye