Yorğun
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 08:41 06 oktyabr 2022 tarixində əlavə olunmuşdur

Sənə görə həyatımdan bilsən necə öc almışam

Mən ki sənli günlərimi Əzraildən borc almışam

Səni itirdiyim gündən iki yüz il qocalmışam

Cavan yaşda bu canımda dikəlməyə təpər yox

 

Hansı yönə əl uzatdım, yollarından sapmışdılar

Bilmədim ki, nə sirr idi, bəlkə tilsim yapmışdılar

Balıqları ayırmağın üsulunu tapmışdılar

Elə sərhəd çəkilib ki, aramızda çəpər yox

 

Unutdura bilmədi heç bu illər də səni mənə

Nə vaxt səndən söz açdımsa, söylədilər dəli mənə

Mən özümə yadlaşınca sən xatırlat məni mənə

Səndən başqa heçliyimi unutduran nəfər yox


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+8=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0225 saniye