Yoxluğuna ithaf
Elnur Vahidzadə tərəfindən "Şeir" bolməsinə 20:47 29 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Sən yoxsan bu an,
İçimdə kafka kədəri var, millena ayrılığı.
İçimdə balaca və yetim uşaq ağlayır.
Gözlərimdə biri gecə biri gündüzlə qucaqlaşıb.
Ciyərlər oksigen əvəzinə kədərlə boğulur.

Sən yoxsan deyə,
Kimdən soruşum yerini bilmirəm,
Əlaçsızam sevgilim, acizəm və qorxaqam.
Bərbat halım var, üzümdə rəqs edir kədər,
Gözlərimdə ağrılar saniyələrdə yoğrulur.

Sən haradasan sevgilim,
Qurban olum belə susma.
Üşümək ölməkdir demişdim sənə,
Üşüyürəm sevgilim.
Günəşdən bir xəbərdə yoxdur sənsiz inan.


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+15=
Hesaba giriş
Müəllif

Elnur Vahidzadə
Haqqında
İnsanlar adlanan varlığın , insan görmədən yaşamağı axtaran bir adəmdən sonrakı nəfəsəm. Düşündüyüm gecələr gördüyüm ağrılar olur. Adətən hər yazı və şeir sonrası mən özümü axtarıram və səmada doğuluram.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0763 saniye