Zaman acıları unutdurmur.
Afig Huseynov tərəfindən "" bolməsinə 20:58 30 aprel 2014 tarixində əlavə olunmuşdur

 

İnsanlar tez tez deyirlər ki, zaman acıları unutdurur...Xeyr...Zaman acıları unutdurmur...Alkoqol və təsadüfi tanışlıq,kiminləsə keçirdiyim saniyələr,dəqiqələr acıları unutdurur.Uzun ,dar, kimsəsiz küçələrdə tək tənha gəzintilər,yorgun gözlərimi arxasinda gizlədən qara rəngli eynək,bilgisayardakı şəkillər unutdurur.

Yayın gəlişini arzulamaq,yeni həyatin başlanğıcı haqda arzular , yatmazdan qabaq xəyalımda dolanan önəmli bir məsələ və yadıma düşən bir kimsə haqqındakı xatirələr unutdurur.Küçədə gedərkən tanımadığım birisi ilə təsadüfən göz gözə gəldiyim zaman duyduğum qarşılıqlı qürur hissi,zaman axarında saf çürük edilərək qalan bir iki dostun gülümsəməsinə cavab verməmənin mümkünsüzlüyü ,yazin gəlişi ilə qonşunun həyətində açılan nərgizgüllərinin qoxusu unutdurur.

Ara sıra qarşılaşdığım xoşbəxt anlar , qəlbimdən çıxarıb atdığım,çoxdan bəri həyatımda olmayan  insanlar haqqında yaddan çıxmayan  bəzi unudulmaz xatirələr, gözlənilmədən həyatimı yenidən dəyişə bilər deyə inanmaq istədiyim  sevgi macərası,yazın gəlişinin verdiyi ,heş bir vəchlə izah edə bilmədiyim  sevinc hissləri,gecələrin gətirdiyi səssizlikdə az qalsın yaddan çıxan  emosiyalar və hisslər yenidən xatırlandıqda,heş nə haqqında danışıqlar və eyni zamanda ən vacib,ən  önəmli məsələlər haqqında danışıqlar, baş verə biləcək möcüzəyə uşaq məsumiyyəticəsinə inanmağım unutdurur.

Amma zaman...Zaman acıları unutdurmur...Zaman yanımdan ötərək,heç nəyi dəyişdirmədən keçir...

 


... dəfə oxunub
Qiymət: 8/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
6+30=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.027 saniye