Z.Yaqubun "Şuşa" şeirinə NƏZİRƏ!
Turqay İbrahimli tərəfindən "Şeir" bolməsinə 02:31 15 noyabr 2020 tarixində əlavə olunmuşdur

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlamırdı, Xan oxuyurdu!
Şuşanın tumanı yaşıl gözəli
Güllərdən telinə tac toxuyurdu.
***
Müzəffər ordunun Baş Komandanı
Yumruğu göstərib ,vurun!- deyirdi,
Yurduma doluşan siçovulların,
Cəbhədə belini qırın!- deyirdi.
***
İllərin həsrəti vardı canında
Şuşa yolumuzu çox gözləmişdi,
Boylanıb qalaya çıxan yollara
Bu gələn bizlərdən olsun demişdi
***
Bu gecə yuxuma girmişdi Şuşa
Pənah xan sakitcə gülümsəyirdi
Yaslanıb butalı mütəkkəsinə
Rahatca təsbehin dənələyirdi
***
Sonra Vaqifi də gördüm çəməndə
Şuşa gözəlinə şeir yazırdı
Hərdən çənəsinə qoyur əlini
Hərdən də vərəqdə nəsə cızırdı
***
Cıdır düzündəki Xarı-bülbülün,
Gözündə bir sevinc yaşı varıydı
Natəvan bəzənib çıxmışdı düzə
Üzükdə firuzə qaşı varıydı
***
Ocaq yerlərində ocaq yanırdı
Şəhidlər yığışıb od qalamışdı
İsa bulağından nur tökülürdü
Gecəni ortadan parçalamışdı
***
Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlamırdı, Xan oxuyurdu!
Şuşanın tumanı yaşıl gözəli
Güllərdən telinə tac toxuyurdu.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+8=
Hesaba giriş
Müəllif

Turqay İbrahimli
Haqqında
Hüquqşünas-politoloq
Əlaqə
Tel.:
050-244-94-79
E-mail:
[email protected]
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0257 saniye