Mushfiq Shukurlu
Yuxu
Bölmə: Tarix:13:19 07 noyabr 2013
          Gecədir və artıq maşındayıq. Maşını sən sürürsən və biz səliqəli yolla qaranlığın içində çəhrayı şəkildə işıqlanan uzaqdakı yüksək təpələrə doğru gedirik. Sən belə şeyin heç mümkün ola biləcəyinə inanırsan? Mənsə bunu yaşadığımızı deyirəm... ardı...
Mushfiq Shukurlu
Qara Günəş
Bölmə: Tarix:21:37 27 sentyabr 2013
                                                                                                Gözlərinin qısa balladası ardı...
Mushfiq Shukurlu
Ailə və millət          İnsan qəlbi sevdiklərinin rahatlığı və sevinci ilə qidalandıqca, yaxınlarının uğur və gələcəyindən əmin olduqca həqiqi əvəzsiz ləzzətin dadını- tamını dilsiz- ağızsız damağında duyur, doğuluşundan bu günə kimi yaşadığı bütün nəhs duyğulara, qara bədbin səhnələrə etinasız yanaşıb onların yoxluğunu fəhm edir. Bu təbiidir. ardı...
Mushfiq Shukurlu
TƏQVİMDƏ İLK GÜN – 20 YANVAR
Bölmə: Tarix:17:07 20 yanvar 2013
            Qalibiyyət və faciəmizdən 23 qədəm uzaqlaşırıq. Yaxınlığı göstərən tək məfhum isə 23 il əvvəlki hüzünlü hadisələrin hərarəti ilə isinən qəlbimizdir. Kamançanın səsinə etinasız yanaşmayı bacarmayan, keçmişə cəsarətlə baxan xalqın ürəyi...20 Yanvar metrosunda eşitdiyim kamançanın səsini, gördüyüm üzləri, qərənfillərin ətrafına yığılan qayğılı ürəkləri izlədikcə uzaq olmayan bir keçmişin hekayəsini eşitmək çətin olmur. İlə yanvarla başladıq.. Müstəqilliyə başladığımız kimi. Bu günün həqiqətini dərk eləmək sonu olmayan addımların şərhini vermək qədər çətindir. Çünki bu gün nə matəmdir, nə də bayram. Bu gün başlanğıcdır. ardı...
Mushfiq Shukurlu
BÜTÜN ZAMANLARIN QALİBİ və ya ROMANTİZMİN MAYASI.
Bölmə: Tarix:20:14 31 dekabr 2012
Etiraf edirəm... Təkcə xəyallar qarşısında aciz qaldığımı etiraf edirəm. Əslində mən zəif deyiləm. Hərdən qəlbimin lap dərinliyində mənə tanış olmayan hansısa qeyri- adi bir gücün dil açıb danışan bir canlı kimi köksümün əngin fəzasında ayaq alıb yeridiyini hiss edirəm. ardı...
Mushfiq Shukurlu
NƏHAYƏT SEVGİ
Bölmə: Tarix:20:07 31 dekabr 2012
            Mənim dünyada ən çox qorxduğum şey nəyisə itirməkdir. Dəyərli kiçik bir əşyadan tutmuş içində sevgi olan təmiz bir ürəyə kimi. Bunlar qorxudur məni.. həyəcanlandırır. Bir də pis şey düşünmək istəmirəm. “ Şər deməsən xeyir gəlməz ” uzaqdır ruhumdan mənim. ardı...
növbəti səhifə
Hesaba giriş
Müəllif

Mushfiq Shukurlu
Haqqında
1994 təvəllüdəm. Jurnalistika fakültəsində oxuyuram.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0348 saniye