Kömək istəyən tənha xoşbəxtlik
ANAR. (ARLİN EDEN ) tərəfindən "Hekayə" bolməsinə 09:16 24 dekabr 2014 tarixində əlavə olunmuşdur

Bir dəfə tənha bir xoşbəxtlik meşədə yol ilə gedir və qəfildən  quyuya düşür nə qədər edirsə quyudan çıxa bilmir və oturub ağlamağa başlayır. Birdən yaxınlıqdan insan keçdiyini eşidib onu haraylayır:

– Ey xeyirxah insan, çıxar məni buradan.

– “Əvəzində nə verəcəksən?”

– Nə istəyirsən?

-Bahalı evim olsun əsas dənizə görünüşü olsun

Xoşbəxtlik bu insanın istəyini yerinə yetirir  insan sevinərək onu quyuda qoyub qaçır. Xoşbəxtlik yenə hönkür-hönkür ağlamağa başlayır. Yaxından yenə insan keçdiyini eşidib, haraylayır:

– Ey xeyirxah insan, çıxar məni buradan.

– “Əvəzində nə verəcəksən?”

– Nə istəyirsən?

– Çoxlu, pul istəyirəm

Xoşbəxtlik ikinci insanın da istədiyini ona verir, ancaq o da sevinərək qaçıb gedir və xoşbəxtliyi quyudan çıxarmağı unudur. Tamam ümidini itirdiyi bir vaxtda yenə kiminsə keçdiyini eşidir və haraylayır:

– Ey xeyirxah insan, çıxar məni buradan, xahiş edirəm.

Bu insan tənha xoşbəxtliyi quyudan çıxarıb və yoluna davam edir.Təəccüblənən tənha xoşbəxtlik onun dalınca qaçaraq soruşur:

– Ey insan, mənə etdiyin köməyin əvəzində nə istəyirsən?

– “Mənə heç nə lazım deyil”

Tənha xoşbəxtlik bundan sonra  o, insanın arxasınca gedir  və heç vaxt ondan  ayrılmır.

 

 
P.s.Bu hekayə rəhmətlik Babamın danışdığı hekayədir.Müəllif hüququ isə mənə aid deyildir.
 
 

 


... dəfə oxunub
Qiymət: 9/10(20 səs)
[qiymət ver ]
Şərh yaz
5+21=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0239 saniye