Uşaqlıq deyib keçməyin biz o,zamanlar çox şey öyrənmişik,uşaqlığımız bizə çox şey öyrətdi..
ANAR. (ARLİN EDEN ) tərəfindən "Esse" bolməsinə 17:45 05 fevral 2015 tarixində əlavə olunmuşdur

Bizim vaxtımızda samokat var idi,məhlədə 7 şüşə,11 tuş,ortada qaldı,gizlən qaç oynayırdıq.Bizim dildə dünya çempionatına bərabər olan məhlə-məhləyə futbol var idi.Həyacanla oyunu gözləyirdik sanki məhlə qəhrəmanı kimi oyuna çıxaraq şot 10-nandı deyib axırda da 2 qol artırardıq bizim uşaqlığımız əvəz olunmaz və pulla alınmaz idi.İndiki uşaqlar bunu bilməz,uşaqlıq deyib keçməyin biz o,zamanlar çox şey öyrənmişik.Məsələn:

Tom & Jerry cizgi filminin bitdiyini tam zənn edərkən, yenidən nərildəyən şiri görmək bizi həyatın xoş surprizlərinə hazırladı.


 “Tapança-tapanç a” oynayardıqvə heç zamanda bir-birimizə ölmədiyimizi, güllənin yan keçdiyini sübut edə bilməzdik. Bu bizə düşüncələrimiz uğruna mübarizə aparmağı öyrətdi.

 Məhəllə futbolunda topu uzağa vurdunsa, ya da qonşunun həyətinə düşdüsə sən gedib gətirməli idin, beləliklə etdiyimiz səhvlərin nəticələrinə qatlanmağı öyrəndik.

 Soyuducunun işiğının nə zaman söndüyünü araşdırmağa başladıq, bu bizə kəşv etməyi öyrətdi.
 “Alma desəm çıxarsan, armud desəm çıxmazsan” gizlənqaç oynundakı bu söhbət bizə ortaq sirləri öyrətdi.

 Günəbaxan tumlarının bir miqdarını çırtlayıb kənara yığıb sonra hamısını birdən yemək bizə hər əziyyətin sonunda sürəcəyimiz keyfi öyrətdi.

 Top çiləmək oyununda qarşı tərəfə “fora” vermək bizə zəifləri əzməməyi, onlara güzəştə getməyi öyrətdi.


 Oyunlar oynarkən oynadığımız əşyaların sahibləri inciyərlərdisə oyun bitərdi. Bu bizə imkanın verdiyi səlahiyyətləri göstərdi.

 

 

90-lar uşaqlarının hamsının yaşadığı gözəl anlar.


... dəfə oxunub
Qiymət: 9/10(22 səs)
[qiymət ver ]
Şərh yaz
7+11=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0349 saniye