***
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 23:14 04 oktyabr 2016 tarixində əlavə olunmuşdur

Xəyəllarımız vardı.Dedilər,

uçqun olub beyində.

Gülüşlərimiz vardı.

Dedilər, yas var gözlərdə.

Qucaq dolusu səmimiyyətimiz vardı.

Dedilər,qışdı donub.

Qollarımız vardı.

Toxunmaqçün dedilər,

xəyəllara toxunmaq olmur.

Ayaqlarımız vardı.

Aldılar dedilər, yollarınız oğurlanıb.

Ruhumuz vardı.Xoşbəxt uşaq tək dedilər,

bədənlər intihar edib.

Gedişlərimiz vardı.

Gəlməkçün dedilər,

gəlib getməmək var.

Aldılar bizdən əzizim aldılar,

almarıq dediklərini..


... dəfə oxunub
Qiymət: 9/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+17=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0344 saniye