ADI VAR
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 22:37 09 fevral 2017 tarixində əlavə olunmuşdur

Nə bir həqiqət var ,nə bir tarix

Yalanla uydurulmuş zillət var

İtirilmiş dəyərlər var, adı müasirlik

Adsız məzarlar,unudulan qəbrlər var, adı soyqrım

Torpaq var, adı dəyişilmiş,yaddaşı silinmiş

Çingiz var,xocalı var adı,unudan gənclər

Ürəyə tökülən göz yaşları var,adı ana

Kədər var, adı gizlənən göz yaşları

Dilənən əllər,utanan baxışlar var,adı kimsəsizlik

Yalana bürünmüş vicdan var, adı doğruluq

Qazandığımızdan çox itirdiyimiz var, adı satqınlıq

Başı bəlalı tariximiz var ,adı unutqanlıq

Yağı görkəmində düşmənimiz var,adı dost

Əlimizdən alınan cəsarətimiz var,adı qürursuzluq

Yazan qələmin,çırpınan fəryadı var,

adı daş qəlbin, susqun dodaqları.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+28=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0353 saniye