Adsız bir məmləkət
Gulara Salımova tərəfindən "Şeir" bolməsinə 14:41 07 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Adsız bir məmləkətəm

Kəndim var,kəsəyim yox.

Evim var,eşiyim yox.

Bağçasından dadmağa

Meyvəm var,ağacım yox.

 

Adsız bir məmləkətəm

Nə yurdum var,nə yuvam.

Nə alim var,nə avam.

Yiyəsiz evlərim var

Pəncərəsiz otaqlar,

Pilləkənsiz qaldırımlar

Məndə məskən salıblar.

 

Nə minarə,nə kilsə

Nə bir uşaq, bir qoca

Xatırlanmağa oba

Olmadım mən bir kəsə.

 

Yazımda çiçəkləmir

Çoxdan quruyan ağaclar...

Payız gəlsə də mənə

Olmur köhnə xəzanlar.

 


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
9+23=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0348 saniye