Alzheimer
Gulara Salımova tərəfindən "Hekayə" bolməsinə 20:11 28 may 2014 tarixində əlavə olunmuşdur

Alzheimer Madam Blü 18 yaşındadır.Halhazırda hüquq fakültəsinin I kurs tələbəsidir.Dediyinə görə yaddaş problemi var.Dünən bir kitab söhbət edirik bu gün qayıdıb deyir ki,”Tanışıq?”.Mən onu qürurlu,iffətli biri kimi tanıyıram.Çox gözəl,mənalı gözləri var.Hərçənd ki,son vaxtlar heç kim onun haqqında yaxşı danışmır.Deyirlər ki,guya o eşqbazdır və ya nə bilim nə.Mənim ona böyük kin-küdurətim yoxdur,ola da bilməz.Mən dəqiq bilirəm ki,o çox vicdanlı insandır.Onun mənə nə də bir başqasına pisliyi keçməyib.Əksinə... Bir dəfə eşitdim ki,onun həyatında hansısa bir qadını bədbəxt etmiş kişinin yeri yoxdur. Keçmiş sevgilim Haydn ona dəlicəsinə vurulmuşdu.Biz ayrılan heç iki ay deyildi.O mənə Blü ilə necə tanış olduqlarından danışırdı mən də dostyana dinləyirdim.İstəyirdim ki,bu iş alınsın.Mən heç də pis bir şey istəmirdim deyəsən.Hətta ağızucu “toyunuza da dəvət etsəz,gələrəm” dediyim yadımdadı.Ancaq onların bu münasibəti heç də uzun sürmədi.Haydnın iti qısqanclıqları və Blünün azadlığı bir yerdə uzun müddət davam edə bilməzdi.Elə də oldu.Mən heç də sevinmədim.Haydn tanıdığım ən gözəl insan idi.Vicdanlı,mənəviyyatlı,mənlikli.Bilmirəm ona aşiq olduğum üçünmü belə düşünürdüm yoxsa həqiqətən elə biri idi bilmirəm. “Pişiyin əli ətə çatmayanda ət iylənir” deyir ifadəsi burda yerini az da olsa tapmışdı.Blünü əldə edə bilməyənlər ona belə alçaldıcı böhtanlar ünvanlayırdılar. Brüklin haqda heç yazmaq belə istəməzdim.O şərəfsiz insana mürəkkəb axıtmaq belə heyfdi.İndi özünüz fikirləşin:sizcə bir kişiyə etibar edib onu sevdiyi üçün onunla münasibətdə olan qadın yoxsa həmin münasibəti əlində bayraq edən və bu hərəkəti ilə özünü “kişi”sayan adam iyrəncdir?! Brüklin də belələrindən idi.Onunla təsadüfən tanış olmuşduq.Mənə peşmançılıq hissi yad olan bir mövhum olsa da kaş onunla tanış olmazdım elə bir insanı tanımazdım.Kaş...o özünü qəhrəman hesab edir.Ancaq ona ünvanlanmış söyüşlərdən bixəbərdir.Ona həqiqətən “yazığım”gəlir. Bu qədər məlumat kifayətdir artıq.Madam Blünü əxlaqsız kimi tanıdan və bu şaiələri yayan elə məhz şərəfsiz Brüklindir!Brüklinin çox yaxın qohumlarından biri dediyinə görə madam Blü ilə sevgidən kənar “münasibət” yaşayıbmış.O hadisələrdən xəbərsizəm,ucunnan-qulağınnan bu qədərini bilirəm.Çox gözəl bilirəm ki,madam Blü Brüklin və onun yaxın əclaf qohumunun toruna düşüb. Təəssüf ki,halhazırda ətrafımızda belələri çoxdur.Neyləyə bilərik?! Bir neçə ay sonra madam Blü artıq 19 yaşına qədəm qoyur,universtetin birinci kursunu bitirir.Arzu edirəm ki,onun bu xəstəliyi tezliklə sağalsın,yaddaşı bərpa olsun.O düzgün hərəkət edib bununla:o ancaq ona sərf edənləri yadda saxlayır.Dərslərini,kitablardan seçdiyi gözəl sətirləri və mənalı mahnı sözlərini.Elə mən özümdə onun üçün təşviş keçirdirdim ki “görəsən bu qız bu xəstəliklə hara kimi gedəcək?!” İndi isə hər şey yaxşıdır.


... dəfə oxunub
Qiymət: 6/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
6+10=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0301 saniye