Bayraq
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 16:16 24 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Bayraq qandır ,bayraq intiqamdır.

Şəhidlərin qanıdır,qəlblərində odlanan üsyanıdır.

Vətənin namusudur,millətin şərəfidir.

Torpağın başlanğıcıdır,şəhidlərin müqqədəs andıdır.

Bayraq üç rəngli səmadır.

Zülmətə doğan bir günəşdir

Ümüdlü sabahın qürur mənbəyidir

Kədərləri dəfn edən təsəllidir.

Bayraq bizim əmanətimizdir

Soyumuzdan gələn qüdrətimizdir

Odlar yurdunun göz nurudur

Düşmənlərin göz dağıdır.

Bayraq vətənin başlanğıcıdır.

Bir alınmaz qalanın dastanıdır

Zirvələri fəth edən üç rəngli qartalımızdır

Canımızda qanımız ,qanımızda istiqlalımızdır.

Bayraq milli mənsubiyyətdir.

Əbədi müstəqillik deməkdir

Bayraq kimlikdir, dildir

Millətin sonsuz mədəniyyətidir..!

 

 22/10/2015
BU ŞEİRİ QARIŞIDAN GƏLƏN 9.11.2015-Cİ İL TARXİNDƏ BAYRAQ GÜNÜ MÜNASİBƏTİ İLƏ BAYRAĞIMIZA HƏSR EDİRƏM.


... dəfə oxunub
Qiymət: 10/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
8+31=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0231 saniye