Bilinməməzlik duyğusu
Gulara Salımova tərəfindən "Şeir" bolməsinə 12:14 13 iyul 2014 tarixində əlavə olunmuşdur

Günəş belə çıxdığı yerə qayıdır geri

Sən də ...Gəz,dolaş sonda mənə gəl.

Vurmaram üzünə

Çaxmaram başına

Gülüşümü də qataram 

Göz yaşına.

Bir yasəmən çayı dəmləyərəm

Bir də səni dinləyərəm.

Kor olaram istəsən.

Görməməzlikdən gələrəm.

Əsəbini üzərimə tökərsən

Hirsini məndən çıxarsan

İstəsən...

Bir arzu

Bir istək

Bir xahiş var içimdə.

Nə olar ki,getməsən?!

Gözləyənlərinmi var yolunu?

İtirmişəm sağımı-solumu

Qüvvətdən düşmüş və bir az da yaşlı kimiyəm

Uydurduğum nağılları həqiqət sanmaq kimi bir duyğu bürüyüb dörd bir yanımı.

Bir öpsən məni

Bir də buraxmayacaq qədər qucaqlasan

Sağalar bəlkə yaralarımız...


... dəfə oxunub
Qiymət: 8/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+11=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0251 saniye