Bir anlıq sükut
ANAR. (ARLİN EDEN ) tərəfindən "Hekayə" bolməsinə 20:08 30 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Rüstəm, Rüstəm. Ay rüstəm... -Buyur ay ana nədi ? sənə canım qurban. -Ay rüstəm, bala saat 13;00-dü artıq, atana günorta yeməyini apar axı acdı. - Oldu ay mama. Maraqlıdı görəsən biz niyə bəzən ana yox mama deyirik ? axı mama rus sözüdü. Yəqin ki, buna səbəb ivanovkada hər kəsin o, cür deməsidi. İvanovka bizim kəndə qonşu kənddi. Rusların yaşadığı kənd idi orada hər kəs rusdu. Mən əvvələr rus millətindən bir insan görəndə Sergey deyə adlandırırdım .Bununda səbəbi var, 5 il əvvəl, mənim 12 yaşım olanda bir rus əsgəri gəlmişdi bizə, hələdə yadımdadı hardansa gəlirdi rus dilində atama nə isə dedi. Atamda anama dedi ki, bir parc su gətirsin onda başa düşdüm ki, su istəyibmiş atamdan. Sonra atamdan soruşdum ki, -ata onun adı nədi ? -atamda dedi Sergeydi adı. O, zamandan bəri bütün rusları Sergey deyə çağırıram. Buda mənim kompleksim.Açığı desəm mən hec rus dilini bilmirəm heç bilməkdə istəmirəm xarici dillərdən xoşum gəlmir məktəbimizdə fransız dili dərsləri deyilir. - heç onu oxumuram həm çətindi həm həvəsim yoxdu. Fransızca bir -iki söz bilirəm ancaq " mərsi, salut,qracias" . Heç fransız dili müəlliməmizin öz sahəsində tam savadlı olduğunu deməzdim. Bununla özümə bəraət qazandırmıram , ama həyatda heçnə qarşılıqsız deyil yəni əgər müəlliməmiz yaxşı dərs desə həm bizim uyğun davransa bizim idrakımıza uyğun olsa daha yaxşı olardı. Onda şagird oxuyar .- Yox yox özümüzdən danışmadım, öz fikrimi dedim bu barədə mən ancaq ədəbiyyat dərsini sevirəm. Misal üçün xoşlayıram hekayyələr oxumaq yaxud roman mənim sevdiyim şair. Mikayil Müşviqdi, Mirzə ələkbər sabirdi. Xarici yazıçılardan Lev tolstoy və Cek london bu cür özünü kəşv xaraktərli düşüncələrimi bir tanış səs dayandırdı və diqqətimi cəlb etdi ilahi bu səsi eşitməyəndə dəli oluram . O, səs mənə doğmadı. Bu mənim əmim oğlu Sabir idi. O, çox dəcəl idi , bir yerdə durmaz elə hey gəzir ama çox mehribandı. Mən onunla uşaqlıqdan bir yerdə böyümüşük onunla ona görə ki, mənim qardaşım və bacım yoxdu mən evin tək övladıyam. Ona görə qardaşım Sabir olub həmdə qonşuyuq əmimgilnən oda mənsiz durmazdı. O, bütün vaxtını mənə sərf edirdi onunda qardaşı yoxdu onun yalnız iki bacısı var ama onlar bizdən kiçikdi Sabir 1972- ci il idi mən ondan cəmi 1- il kicik idim yəni 1973-cü il təvvəlüdü . Günay 1978-ci il, Aygün isə 1980-ci ildi mənim əmimin qızları ......hə yenədə fikirə getdim... bu Sabir anamı çagrırdı özüdə bərkdən qışqırırdı .- Məlahət xala, ay məlahət xala deyə anam çıxdı dedi nədi ay Sabir bala. - Ay Məlahət xala Rüstəm evdədir mi ? – hə Sabir , gəl içəri evdədir birdə gördüm içəri girdi üzündə təbəssüm iri adımlarla mənə tərəf gəldi ele bil tələsirdi əlimi uzatdım ona tərəf salam əlaməti olaraq mənə yaxınlaşanda əlimi bərk- bərk sıxdı və qucaqladı belə deyim da bağrına basdı və üzümdən öpdü . dedim - Sabir nolub ? ele bil bu gün çox xoşbəxt görünürsən nə olub axı ? məni təəcübləndirdin .- Heç nə danışaram sənə yol boyu , getmirsən məyər ? - haraya ? yox, mən atama günorta yeməyini aparmalıyam. - Eşi elə məndə onu deyirəm da mendə gedirəm , elə bərabər gedək. - Yaxşı gedək nə deyirəm . – Sən götürmüsən yemeyi ? hazırdımı ? - 5dəqiqəyə hazır olar anam dedi. Məndə fikirləşdim ki, səni çağırım burdan gedək bizim evimizin yandan keçəndə götürərəm. – hə , olar dedim sabirə cavab olaraq və mətbəxtə getdim dedim anama - ana hazırdı ? – hə balam haırdı yeməyi bir çantaya qoydu anam ve mənə verdi mən tez- tələsik ayyaqablarımı geyindim və tez yola düşdüm . Bu zaman anam arxamca dilləndi və dedi –ehtiyyatlı apar. - oldu anacan , dedim və yola düşdüm sabirlə bizim evdən haradasa 100 metr aralıqda sabirgil yaşayırdı yəni əmimgil sabir evlərinə tərəf qaçdı və Sevil xaladan oda bir çanta aldı və tez qayıtdı biz yola düzəldik və birgə getməyə başladıq biz kəndin şərqinə tərəf getməli idik atam və əmim orada işləyirdilər usda idilər hörgü hörərlər suvax vurardılar və s. biz tez tez gedirdik biz çatanda gördük atamla və əmim siqaret çəkirlər mən çatana bənd atamla görüşdüm sonrada əmimlə eləcəde həmçinin sabir. Atamla əmim yemək yeməyə başladılar biz sabirlə 10 dəqiqəyə yaxın durduq orada atamgilin yanında sonra getdik gölün yanına ora bizim məkanımız idi biz həmişə oraya gedərdik yay aylarında çimirdik amma indi çimək olmaz hələ apreldi ikimizdə yerə uzandıq gölün qırağında göyə baxırdıq birdən sabir dedi. – rustəm gərək sabah nərimanla görüşək birisi gün gedir .Nəriman bizim kəndəndi yaxşı insandı dostumdu sabirində dayısı oğlu. - haraya ? – necə bəyəm haraya ? əsgər gedir. – hə hə tamam unutmuşdum sabah ayın 3- dü ? hə gederik . – hə 3. Deyirəm rustəm vaxt nə tez gedir iyul ayındada mən gedirəm . – bəs nərimanı haraya apracaqlarını bilmirsən ki ? - yox , soruşarıq. - hm .. narahat olma səndən altı ay sonra məndə gedəcəm. –sənə görə demədim rüstəm . Ümumiyyətlə dedim yəni 3 il sizi görməyəcəm nə səni nə atamı nə anamı nə bacılarımı nə kəndimi. – Dərd etmə məzuniyyətin olcaq mektub yazarsan hər həftə amma Yanvar ayına kimi. - xaxax rüstəm məzələnirsən ? - yox niyə ? – nə bilim. - yaxşı bəsdir bir ara sükutdan sonra dedim .-Sabir sən Xədicəni hələdə sevirsən ? – Rüstəm baş beynimi xarab eləmə .- niyə ? çətin sualdı ? – hə sevirəm , amma bu haqqda heç düşünmürəm . – niyə ? – elə. – elə niyə? – elədə elə. - ehh sənlə danışmaq mümkün deyil dedim və yenədə sükut ..


... dəfə oxunub
Qiymət: 9/10(9 səs)
[qiymət ver ]
Şərh yaz
8+11=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
[email protected]
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0221 saniye